Menu

MAKRON YENƏ ZƏNG ETDİ, ƏLİYEV CAVABINI VERDİ - “Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

03.10.2020, 09:59
MAKRON YENƏ ZƏNG ETDİ, ƏLİYEV CAVABINI VERDİ - “Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. 

Şərhlər

Rəhman 2020-10-03 13:55:07

Cənab Ali Baş Komandan. Tutduğunuz düzgün və qətiyyətli mövqe üçün sizinlə fəxr edirik. Verdiyiniz cavablar üçün sizinlə fəxr edirik. İNŞALLAH bu qərarlığıniz tezliklə bütün Qarabağı Azərbaycana qaytaracaq. ALLAH sizi və əsgərlərimizi qorusun.

Şaiq 2020-10-03 12:58:32

Makaron ki, makaron......

Xalq 2020-10-03 11:36:29

makaron xalis erməni imiş ki, bunun Allah bəlasını versin!

Vətəndaş 2020-10-03 10:24:29

Bu erməni gədəsi nə istəyir Prezidentimizdən?

Səbuhi 2020-10-03 10:03:42

YAŞA MƏNİM PREZİDENTİM YAŞA MƏNİM XALQIM. Fəxr et AZƏRBAYCAN!!!!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol