“Müsavat Partiyasına ünvanlanan təkrar təkliflər əsasında Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüşdük. Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu”.
“AzPolitika.info” xəbər verir ki, bunu Müsavat partiyasının başqanı Arif Hacılı bildirib.
“Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”, - deyə A. Hacılı qeyd edib.
“AzPolitika.info”


Şərhlər