Menu

"Zirə" "Neftçi"ni yenərək, liderliyə yüksəldi

03.10.2020, 20:13
"Zirə" "Neftçi"ni yenərək, liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib. "Report"un məlumatına görə, "Neftçi" Zirə İdman Kompleksinin stadionunda yerli komandanın qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+5-ci dəqiqədə Voyislav Stankoviçin müdafiə xəttindəki kobud səhvindən sonra Davit Volkov vurub.

Bununla da xalını 10-a çatdıran "Zirə" liderliyə yüksəlib. "Neftçi" 7 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları da heç-heçə oynayıblar - 1:1. Dünən keçirilən açılış oyununda "Keşlə" səfərdə "Sabah"a qalib gəlib. "Qarabağ" - "Səbail" görüşü isə təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol