Menu

"Qarabağ"ın rəqibi liderliyə yüksəldi

03.10.2020, 21:25
"Qarabağ"ın rəqibi liderliyə yüksəldi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" klubu İspaniya La Liqasında V tur matçına çıxıb.

"Report" xəbər verir ki, Unay Emerinin baş məşqçi olduğu kollektiv "Atletiko"nun qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xalını 8-ə çatdıran "Vilyarreal" liderliyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" “Vilyarreal”la ilk oyununu oktyabrın 29-da evdə, təkrar qarşılaşmasını isə dekabrın 10-da səfərdə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol