Menu

Yəməndə bir ayda mindən çox husi öldürülüb

04.10.2020, 08:18
Yəməndə bir ayda mindən çox husi öldürülüb

Yəmən ordusu sentyabrda aparılan döyüş əməliyyatlarının gedişatında "Ansarulla" hərəkatının (husi-red) mindən çox döyüşçüsünü məhv etməsi haqqında bildirib.

“Report” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Yəmən ordusuna bağlı “26sepnews” xəbər portalı məlumat yayıb.

"Sentyabrda Yəmən ordusu 1 000-dən çox husini məhv edib, onlardan 215-i səhra komandirləridir", - xəbərdə deyilir.

Husilər hələ bu bəyanatı şərh etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol