“Rəcəb Tayyib Ərdoğan Sülh üzrə Nobel mükafatına layiq görülməlidir”.
“AzPolitika” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin üzvü Etibar Əliyev çıxış edib.
Millət vəkili qeyd edib ki, Türkiyə Prezidentinin bütün dünyada apardığı sülh sahəsindəki praqmatik və rasional fəaliyyətinə görə Sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürülməlidir. “Sülh üzrə Nobel mükafatına namizədliyin verilməsi üçün Nobel Komitəsi filosoflar, tarixçilər, siyasət elminin görkəmli nümayəndələri və fəal ictimai xadimlərlə əlaqələr qururlar. Nobel Sülh mükafatına namizədləri həmçinin əvvəlki illərin Nobel mükafatçıları və İsveç Akademiyasının üzvləri də verə bilərlər. Türkiyə Prezidentinin fəaliyyəti Alfred Nobelin vəsiyyəti ilə tamamilə üst-üstə düşür.

Nobel mükafatları Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir: «Mənim realizə olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: mənim bütün kapitalım yaxınlarım tərəfindən etibarlı saxlanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif bu şəkildə aparılmalıdır: 1-ci hissə fizika sahəsində mühüm kəşf və ixtiralara nail olan şəxsə, 2-ci hissə kimya sahəsində mühüm kəşf edən şəxsə, 3-cü hissə fiziologiya və tibb sahəsində əhəmiyyətli kəşf edən şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində «ideal yönümlü» mühüm əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna və həmrəyliyinə xidmət edən, hərbi qüvvələr arasında qarşıdurmaları aradan qaldıran, yaxud səngidən, eləcə də sülhpərvər qüvvələrin konqreslərinin təşkil edilməsinə yardım edən şəxslərə verilsin””.
Xatırladaq ki, millət vəkili, fəlsəfə doktoru Etibar Əliyev 30 ildir ki, Nobel mükafatlarının tədqiqatçısı kimi tanınır. Bu sahədə 2 kitabın, 10-larla məqalənin müəllifidir.
“AzPolitika”

Şərhlər
Dunya muselmanlari,Erdoqani Hilafet elan etmelidir,onunlada Dunya baris icinde yasayacaq!!!
Ərdoğana Azərbaycanın ən yüksək mükafatı olan Heydər Əliyev ordeni və ya Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir.
Beli Erdogan Bey muselmanlarin ve Turklerin Boyuk xilaskaridir
HALAL OLSUN ƏRDOĞANA. NOBELDƏN DƏ YÜKSƏK MÜKAFATLARA LAYİQDİ ƏRDOĞAN. ALLAH QORUSUN. AĞSAQQALLIQDAN ƏSKİK OLMASIN! A M İ N!