Ötən sutka ərzində Böyük Britaniyada 12 min 872 nəfər koronavirusa yoluxub, 49 nəfər bu xəstəlikdən həyatını itirib. Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 446 mini ötüb, ölənlərin sayı isə 42 min nəfərdir.
Ölkədə virusa yoluxma halları artdığı üçün karantin rejimi sərtləşdirilməyə başlayıb. Belə ki, ölkənin şimal hissələrində karantin rejimi yenidən sərtləşdirilib.
Türkiyə və Polşadan gələn turistlərə 14 günlük karantin rejimi tətbiq olunacaq.


Şərhlər