Menu

Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını təşkil edir

04.10.2020, 11:35
Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını təşkil edir

Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb. 

Amma fotodan məlum olur ki, N.Sadıkov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol