Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və ətraf kəndləri artilleriya atəşinə tutmaqda davam edir. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Məlumata görə, oktyabrın 4-ü gün ərzində rayona düşmən tərəfindən 400-ə yaxın top mərmiləri atılıb. Onlardan 100-ü şəhərin mərkəzinə düşüb.
Nəticədə mülki evlərə, mülki obyektlərə, inzibati ərazilərə ziyan dəyib.
Hazırda döyüşlər davam edir.


Şərhlər
30 illik hərbi əsarətdən sonra heç bir atəşə ehtiyac qalmayıb, cənabi hərbi işğalçı və terrorçular SÜLHƏ gəlin! Sayı iki milyonu keçmiş Qarabağ qaçqınları, 3 milyon dinc erməni və 8 milyon azərbaycanlı axır ki, hərbi əsarətdən qurtulub rahat nəfəs alsınlar! Günü sabahdan geri çəkilin