"TEZLİKLƏ QARABAĞIN HƏR YERİNDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANACAQ” - Milli Məclis Sədri

“Qurtuluş savaşı aparan Ordumuz yeni əraziləri düşməndən təmizləyir və zəfərlər əldə edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün döyüş meydanında xalqımızın taleyi ilə bağlı böyük bir məsələ həll edilir:

“Cəbrayıl şəhəri və digər rayonlar düşməndən təmizlənir. Qələbələr təəssüf ki, itkisiz əldə olunmur. Döyüş meydanında duruş gətirməyən düşmən mülki əhalini və obyektləri raket atəşinə tutur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Əminəm ki, tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”.

635x100

Şərhlər

t.ədalət 2020-10-06 11:42:16

Bizim ordu qurtuluş savaşı aparmır.erməni-rus ordusunun işğal etdiyi əraziləri azad edir.

Son yazılar