Menu

"Sən çox yaşa Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" - Çavuşoğlu

06.10.2020, 14:42
"Sən çox yaşa Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" - Çavuşoğlu

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə söyləyib.

“Yazıçı Sezai Karakoç belə deyərdi:

“Onlar sanırlar ki, biz sussaq məsələ qalmayacaq.

Halbuki biz sussaq, tarix susmayacaq.

Tarix sussa, həqiqət susmayacaq”, - nazir qeyd edib.

Mövlud Çavuşoğlu həmçinin Azərbaycan himnindən də bir parça səsləndirib:

“Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Şərhlər

Xalq 2020-10-06 16:31:17

Sezai Karakoçun sözləri çox gözəldir! Dərin mənası vardır bu sözlərin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol