Menu

“Ön xətdəki hərbi qulluqçulara broşurlar paylanılıb” - Anar Eyvazov

06.10.2020, 20:09
“Ön xətdəki hərbi qulluqçulara broşurlar paylanılıb” - Anar Eyvazov

“Azərbaycan ordusunun ön xətdəki hərbi qulluqçularına broşurlar paylanıb. Bu broşurlar Beynəlxalq Qırmızı Xaç cəmiyyəti tərəfindən hazırlanıb və dərs vəsaiti olaraq tədris olunur”. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, döyüş bölgəsindəki əsgərlərin davranış qaydalarını özündən əks etdirən broşurlarda müxtəlif müddəalar yer alıb: “Broşulardan biri iki hissədən ibarətdir. İlk hissədə zərərçəkmişlərə hansı qaydalarla ilkin tibbi yardım göstərilməli olduğu şəkillərlə izah olunub. Digər hissədə isə döyüşçülərin əməliyyat zamanı davranış qaydaları yer alıb. Bütün legitim qaydalar, kimlərin hədəfə alınması, kimlərin alınmaması orada göstərilib.

Digər kitabçada isə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü altı müddəa yer alıb.

Beynəlxalq hüquq normalarında qeyd edilən prinsiplər ümumiyyətlə bizim ordumuz və xalqımız üçün yad davranışlar deyil. Xalqımızın milli mentalitetində, milli dəyərlərində bunlar öz əksini tapıb”.

Şərhlər

Broşür 2020-10-06 22:54:44

Broşür yox, Beynəlxalq qanun-qaydalara uyğun təlimat nüsxələri?

Asif 2020-10-06 20:50:39

Düşmənin başını sığallamaq lazım deyil. Xocalını və 200 ildə bizə içilən qnımızı yada salıb düşməni öldürmək lazımdır ki qorxsun getsin torpaqlarımızdan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol