Menu

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik” – “Daha 30 il gözləyək?”

07.10.2020, 00:07
“Beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik” – “Daha 30 il gözləyək?”

Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanov Moldova KİV-nə Dağlıq Qarabağ bölgəsində vəziyyətlə bağlı geniş müsahibə verib. Müsahibənin tərcüməsini təqdim edirik:

- Cənab Səfir, döyüş bölgəsində vəziyyət necədi? Bu günə zərər çəkmiş şəxslərin sayı nə qədərdir?

- Cəbhədə vəziyyət doqquzuncu gündür ki gərgindir. Sentyabırın 27-si Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz Ermənistan silahlı güvvələri tərəfindən güclü artilleriya atəşinə tutulmuşdur. Bunun nəticəsində 24 dinc sakin həlak olmuş, o cümlədən iki uşaq, hərbçilər arasında da gurbanlar var. 121 nəfər yaralanıb və xəstəxanadadır. 300-dən çox yaşayış evinə və mülki obyektlərə zərər dəymişdir. Bir neçə gündür ki, Azərbaycanın böyük şəhərlərindən biri Gəncə şəhəri, hansı ki, qoşunların təmas xəttindən uzaqda yerləşir, erməni silahlı güvvələri tərəfindən atəşə məruz qalır. Nəticədə, insanlar həlak olur, çoxlu yaralananlar var. Yeri gəlmişkən, Gəncə sakini, 1943-cü təvəllüdlü Karina Griqoryan da xəsarət almışdır. Bu onu göstərir ki, Azərbaycanda indiyə qədər ermənilər yaşayırlar, halbuki, Ermənistanda etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmaylb.

Bundan başqa Ermənistanın taktiki raket silahından istifadə faktı aşkarlanıb. Gəncə şəhərinə çoxlu raketlər atılıb, kaset tipli silahlardan istifadə olunub, Bakı şəhərinə yaxın Abşeron rayonuna 300 km orta məsafəli raketlər buraxılıb, su anbarı və elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə hücüm edilib. Hal-hazırda düşmən Ermənistandan Azərbaycanın Bərdə, Tərtər, Ağcəbədi, Beyləqan, Minqəçevir şəhərlərini və digər yaşayış məntəqələrini atəşə tutur, dinc mülki əhali hədəfə götürülübdür. Bununla düşmən bizi təxribata çəkmək istəyir ki, biz onlara cavab verək, onlar da münaqişəyə üçüncü tərəfi cəlb etsinlər.

Lakin ən təhlükəlisi odur ki, Ermənistan PPK terror təşkilatının Suriya qanadından, Livandan və Yaxın Şərqdəki digər ölkələrdən terrorçuları istifadə edir. Bundan əlavə, Ermənistan rəhbərliyi «könüllülərin» toplanması və münaqişə zonasına göndərilməsini təşkil etmək üçün dünya ermənilərinə müraciət edib, bütün dünyadan ermənilərin müharibədə iştirak etməyə çağırırlar. Bunu xarici KİV də təstiqləyir.

- Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana hərbi yardımın göstərilməsinin mümkünlüyünü bildirib. Bunu necə şərh edə bilərsiniz?

- Türkiyə bizim üçün qardaş ölkədir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana hücüm etdiyini öyrənəndə, Türkiyə birinci birmənalı şəkildə Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bəyan etdi, çünki Ermənistan bizim əraziləri 30 il ərzində işğalda saxlayaraq, beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu məhz bundan ibarətdir. O bizə heç bir hərbi yardım göstərmir. Buna heç ehtiyac da yoxdu. Gördüyünüz kimi, biz özümüz təcavüzkara layiqli cavab verməyə qadirik.

- Lakin Ermənistan, məsələn Rusiyadakı səfir Vardan Toqanyanın simasında bildirir ki, türk hərbçiləri Azərbaycan tərəfində döyüşürlər və Türkiyənin silah ötürdüyü, hətta bu müharibənin Türkiyəyə faydalı olduğu söylənilir.

- Bütün bunlar təxribat və feykdir. Ermənistan rəhbərliyi 30 ildir ki, bütün dünya ictimaiyyətini və öz xalqını aldadır. Onlar dünən də çox şey danışıblar və indi də danışırlar, bizim ölkəmizi bir çox şeylərdə ittiham edirlər. Bunların arxasında heç bir sübut və əsaslar yoxdur.

- Suriyadan terrorçuların ermənilərin tərəfində vuruşduqlarına dair sizin tərəfinizdə bir sübut varmi?

- Uzun illər ərzində işğal olunmuş ərazilərə suriyalı və livanlı «könüllülərin» köçürülməsi həyata keçirilir, bu hamıya məlumdur. Bunun sübütları açıq mənbələrdə mövcuddur. «Beynəlxalq Fransız radiosu» deyir ki, ermənilərin tərəfində suriyalı, livanlı terrorçular və erməni terror təşkilatı ASALA-nın üzvləri vuruşur. Xankəndidə (Stepanakert) Erməni birləşmələrinin tərəfində xarici terrorçuların vuruşduğunu öz Twitter səhifəsində “The Heritage Foundation Ellison”-un direktoru Luk Coffi də yazır. O düşünür ki, xarici hərbi qüvvələrin olması təhlükəlidir, bu belə də var.

- Məlum olub ki, Azərbaycan hərbi qüvvələri artıq bir neçə yaşayış məntəqəsini götürüb. Bu belədir?

- Bəli, doğrudur. Azərbaycan öz ərazilərində antiterror xilasedici əməliyyat aparır. Biz düşmənə adekvat cavab verməyə məcbur olduq, xalqımızı, öz sakinlərimizi və torpaqlarımızı qoruduq. Yalnız bir gün ərzində Füzuli-Cəbrayıl istiqamətində 8 kənd işğaldan azad olundu. Bundan əlavə, Azərbaycan ordusunun Goranboy istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində eyni adlı dağ silsiləsinin Murovdağ zirvəsi azad edildi. Həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarını Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolu da nəzarətə götürülüb. Bu, hərbi yüklərin Ermənistandan Ağdərə və Kəlbəcər istiqamətində ötürülməsinin qarşısını almağa imkan verir.

Bundan əlavə, Azərbaycan ordusu Azərbaycan bayrağını Ağdərə rayonunun Madagiz yaşayış məntəqəsində qaldırdı. Həmçinin Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehtili, Çaxırlı, Aşağı Maralan, Şeybey, Quycaq kəndləri, Cəbrayıl şəhəri və Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndi işğaldan azad olundu. Dünən Cəbrayıl rayonunun daha 3 kəndi azad olundu – Şixali Ağali, Sarıcalı, Məzrə. Hal-hazırda bizim Silahlı Qüvvələr Azərbaycan torpaqlarını düşmən işğalından fəal azad etməyə davam edirlər.

- Necə düşünürsüz, məsələn, Rusiya, Fransa və ABŞ-in çağırdığı kimi, danışıqlar masasına qayıtmaq, müharibəni bitirmək və mövcud vəziyyətdən sülh yolu ilə bir çıxış tapmaq mümkündürmü?

- Biz əvvəldən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idik, Azərbaycan 25 ildən artıq danışıqlar prosesində iştirak edirdi. Çünki ümid edirdik və gözləyirdik. Danışıqlarda işğal altında olan Azərbaycan ərazilərinin mərhələli qaytarılması müzakirə olunurdu. Əvvəlcə 5 rayon, sonra daha 2, biz gözləyirdik ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqlar, sonra isə azərbaycan ilə erməni xalqları sülh içində yaşayacaqlar, necə ki əvvələr yaşayıblar. Lakin nəticədə biz gördük ki, biz yeni müharibə ilə təhdid olunuruq. Prezident İlham Əliyev dəfələrlə həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə deyirdi ki, Ermənistana təsir etsinlər. Lakin onlar bizi eşitmirdilər. Azərbaycana bu müharibə lazim deyildi. Biz istəyirdik sülh yolu ilə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz torpaqlarımızı qaytaraq. 1 milyon qaçqın və məcburi köçkün 30 ildir ki, doğma evlərindən didərgin qalıblar. Siz bunu təsəvvür edə bilərsiz? Biz 30 il onlara evlərini qaytarmaq istəyirdik, bir daha qeyd edim ki, sülh yolu ilə. Lakin əgər erməni baş naziri bəyan edirsə ki, “Qarabağ – Ermənistandır və nöqtə”, hansı danışıqlar prosesindən danışmaq olar? Ondan qabaq heç kəs bələ bəyanatlar verməyib. Ondan əvvəl əldə edilən hər şeyi məhv etdi. Qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmağımızı tələb edir, yəni 25 ildən artıq mövcud danışıqların formatını pozmağa çalışır.

Axı işlənmiş prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad olunmalı, bir milyona yaxın qaçqın və məcburi köçkün doğma evlərinə qaytarılmalıdır. Siyasi baxımdan, bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər oxşar beynəlxalq təşkilatların sənədləri də tələb edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur, bu sənədlərə məhəl qoymur və bütün dünya buna göz yumur. Təəssüf ki, bu təşkilatlar Ermənistanı bu qətnamələrə riayət etməyə məcbur etmək üçün bir şey etmirlər.

Bu yaxınlarda Xarici İşlər nazirimiz Ceyhun Bayramov, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell ilə söhbətində, Ermənistanın öz ərazisindən dinc əhalimizə raket atdığını çatdırdı. Aİ-nin Yüksək Nümayəndəsi, öz növbəsində, bölgədəki vəziyyətin ciddi narahatlığa səbəb olduğunu söylədi və bununla kifayətləndi, bugünə qədər erməni tərəfinə heç bir təzyiq göstərilməyib. Biz bu vəziyyətdə nə etməliyik? Hərbi əməliyyatlar - məcburi, son çarədir. Daha 30 il dözməliyik ki, onlar vətəndaşlarımızı öldürsünlər və ərazilərimizi işğal altında saxlamağa davam etsinlər? Belə çıxır ki, daha danışmaq üçün heç bir mövzu yoxdu və son hadisələr onu sübut edir ki, Ermənistanla münaqişənin sülh yolu ilə həllinə yönəlmiş 30 illik danışıqlar prosesi yalnız Ermənistan tərəfindən bizə qarşı təcavüz aktlarına səbəb oldu. Baxın, münaqişə zonasından uzaq olan şəhərlərimizə və kəndlərimizə ağır silahlardan atəş açırlar və bunu illər ərzində, hətta danışıqlar davam edərkən edirdilər. Bir daha təkrar edirəm, onlar silahlı qüvvələrin təmas xəttindən uzaq olan şəhərlərimizə və kəndlərimizə Ermənistan ərazisindən raket atırlar. Mülki şəxslər həlak olur. Biz isə tamamilə qanun çərçivəsində hərəkət edirik - ərazilərimizi xarici silahlı qüvvələrdən azad edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik.

Bundan əlavə, tarixə qayıtsaq, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu görürük. 1805-ci ildə Qarabağ Xanlığının xanı İbrahim Xan, Rusiya İmperiyasının generalı Tsitsianovla könüllü Rusiya imperiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalamışdı. Müqavilənin ermənilərlə deyil, azərbaycanlılarla imzalanması açıq şəkildə qeyd olunub. Yəni orada azərbaycanlılar yaşayırdı. Yalnız 1828-ci ildə Dağlıq Qarabağa ilk erməni köçürüldü. 1978-ci ildə Dağlıq Qarabağ erməniləri hətta İrandan köçürülmələrinin 150 illiyini qeyd edirdilər və bunun şərəfinə, 1988-ci ildə ermənilər tərəfindən Qarabağ müharibəsinin ilk dövründə dağıdılmış və sonra tanınmaz dərəcədə dəyişdirilmiş bir abidə ucaldılmışdı. Bu tarixi bir həqiqətdir.

Biz özümüzü müdafiə edirik, vətəndaşlarımızı müdafiə edirik, qətiyyən bizim əks hücumumuz mülki əhaliyə yönəlməyib. Azərbaycan ordusunun hədəfləri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindəki mövqeləri, hərbi obyektləri və hərbi infrastrukturudur. Bizim hakimiyyət nümayəndələri artıq bildiriblər ki, dinc əhaliyə ağır döyüşlərdən xəsarət almamaq və maneəsiz evakuasiya olunmaq üçün müvafiq şərait yaradılacaqdır. Mülki şəxslərə Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq münasibət göstəriləcək və onların hüquqları qorunacaqdır. Milliyyətindən və dinlərindən asılı olmayaraq onlar bizim vətəndaşlarımızdır.

- Bəs danışıqların bu qədər uzanmasının və münaqişənin hələ də həll olunmamasının səbəbi nədir?

- Birinci səbəb, yuxarıda qeyd etdiyim kimi, Ermənistanın bu əraziləri işğal etdiyi və bütün dünyanın bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanımasına baxmayaraq, onları qaytarmaq istəməməsidir. BMT Təhlükəsizlik Şurası, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr kağız üzərində qalır. 28 ildir ki, münaqişənin həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu vasitəçilik məqsədi ilə fəaliyyət göstərir, lakin heç bir nəticə yoxdur. Əslində bu, münaqişənin hələ də həll olunmamasının ikinci səbəbidir və hal-hazırda artıq müharibə həddinə keçib. Yəni Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün vasitəçilər israr etmirlər və Ermənistana təzyiq göstərmirlərErməni əsgəri Azərbaycan ərazisini tərk edən kimi sülh bərqərar olacaqdır. Bu ki, şübhəsizdir.

- Azərbaycan hərbi əməliyyatları dayandırmaq üçün hansı şərtləri irəli sürür?

- Bizim yalnız bir şərtimiz var, bu da qanuni və hamıya məlumdur. Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməli, Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməli, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpa olunmalıdır. Bundan sonra, nəhayət, bölgədə sülh bərqərar olacaqdır.

- Siz deyirsiz ki, müharibə Azərbaycana sərf etmir, bəs onda kimə sərf edir?

- Məncə, bu, Ermənistan rəhbərliyinin hakimiyyətini qorumaq və vətəndaşlarını ölkədəki iqtisadi və siyasi problemlərdən yayındırmaq cəhdidir. Hücuma keçmədən iki gün əvvəl Ermənistanda əsas müxalifət partiyasının lideri həbs olunmuşdu. Bundan əlavə, bu il Ermənistan respublikası rəhbərliyinin reytinqi xeyli aşağı düşüb. Digər tərəfdən ölkəni daha da böyük bir böhrana aparan pandemiya oldu. Bütün bunlar Ermənistan rəhbərliyinin xalqın etimadını itirməsi fonunda hakimiyyəti qorumaq üçün edilir. Xalqı daxili problemlərdən xarici düşmən obrazına yayındırmağa çalışırlar.

- Siz demək istəyirsiniz ki, bu hücum öncədən planlaşdırılmışdır?

- Əlbəttə. Sentyabrın 27-də baş verənləri Ermənistan bir neçə aydır hazırlayırdı. Yalnız bu il, 12 iyul tarixində, Dağlıq Qarabağdakı münaqişə zonasından uzaq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsi istiqamətində yerləşən yaşayış məntəqələrinə Ermənistan silahlı qüvvələri tərəfindən atəş açılmışdır. Onda bir neçə dinc sakin və hərbçi həlak oldu. Qarşıdurma dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmadığına görə, Ermənistan silahlı qüvvələri ərazimizdən geri çəkilən kimi, qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Sonra 23 avqust tarixində səhər saat 5.45 radələrində erməni diversiya qrupu ərazilərimizə daxil olmaq cəhdi edərkən zərərsizləşdirilmişdir. Bundan əlavə, erməni tərəfi açıq və nümayişkaranə şəkildə işğal olunmuş ərazilərə və bizim qədim Azərbaycan şəhəri olan Şuşaya Livandan ermənilərin köçürüldüyünü elan etdi, bu da Cenevrə Konvensiyasına ziddir. Bütün bunlar sizin fikrinizcə nədir? Əlbəttə, onlar bizi uzun müddət təxribata çəkirdilər, görəndə ki, heç nə alınmır, müharibəyə başladılar. Bütün bu müddət ərzində onlar dövlət sərhədi yaxınlığında silah və canlı qüvvə toplayırdılar. Bizim hökumətimiz dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir ki, Ermənistan müharibəyə hazırlaşır, lakin heç kim buna lazımi diqqət yetirmədi. Beləliklə, sentyabrın 27-də səhər tezdən onlar Azərbaycana hücum etdilər. Təmas xəttində yerləşən dinc sakinlərin yerləşdiyi yaşayış məntəqələrini atəşə tutdular və bu günə qədər də davam edirlər. Raketlərdən istifadə edirlər. Təbii ki, günahsız vətəndaşlarımızı və bütün cəbhə boyu mövqelərimizi qorumaq üçün əks hücuma keçməyə məcbur olduq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol