"Hazırda Dağlıq Qarabağ münaqişəsi özündə tammiqyaslı müharibənin bütün aspektlərini birləşdirir".
"AzPolitika.info" xəbər verir ki, bunu London Kral Kollecinin mühazirəçisi Domitilla Sagramoso “The Moscow Times” qəzetində yazıb.
Müəllifin fikrincə, uzun illər nəticəsiz danışıqlardan məyus olan, hərbi qələbəyə ümid bəsləyən Azərbaycan Prezidenti İlham Əliyev yaxşı təlim görmüş, yaxşı təchiz olunmuş ordusunun daha zəif Ermənistanın hərbi strukturuna qarşı ciddi uğurlar əldə edəcəyini düşünür: “Bakı Rusiyanın hərbi neytrallığına, müttəfiqi Ermənistanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyinə bel bağlayıb, çünki Ermənistan ərazisi məqsədli şəkildə vurulmayıb. Prezident İlham Əliyev işğal altında olan torpaqla tam azad olunmayınca silahlı qüvvələrinin dayanmayacağını bəyan edib".
Müəllif qeyd edib ki, gücdən istifadə Dağlıq Qarabağın statusu vəətraf regionlarla bağlı gələcək danışıqlarda da Bakının mövqeyini gücləndirir. Yəni, atəşkəs əldə olunsa belə, Ermənistan bir ehtimalı nəzərə almalı olacaq – danışıqlar dalana dirənərsə, Azərbaycan yenə gücə əl ata bilər.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində hərbi əməliyyatların ancaq Bakının şərtlərinin yerinə yetirilməsi nəticəsində dayandırlacağını açıqlayıb.
Şərtlərə gəlincə, işğalçı ordu torpaqları tərk etməli, Ermənistan Azərbaycanın ərazi bütövülüyünü qəbul etdiyini etiraf etməli, eyni zamnda rayonların boşaldılması üçün Bakıya qrafik təqdim etməlidir.
AzPolitika.info


Şərhlər
Qarabağ Azərbaycandır
Axırıncı erməni-düşmən çıxana qədər heç bir danışığa gedilməməlidir. 27 ildir danışıq gedir. Bir nəticə varmı? Yenə də olası deyil.
Bu axmaqlar hansı ststusdan danışırlar?Biz azad etdiyimiz yurd yerlərimiz üzərində kiminsə diqtəsinə yol verə bilmərik.Rəd olsun danışıqlar oyunu!Yaşasın Azərbaycan dövləti!