Missiya Media Qrupu Bakı şəhər Nizami rayon ərazisindən müharibəyə yollanmış hərbi qulluqçuların ailələrini ziyarət aksiyasına başlayıb.
Missiya.Az xəbər verir ki, bu kampaniya müharibə başa çatana qədər davam edəcək və hərbçi ailələrinin zəruri ehtiyacları ödənilməklə onlara xüsusi diqqət göstəriləcək.
Aksiyanın təşkilatçısı, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, təşkil etdikləri aksiya Ordumuzla həmrəy olduğumuzu göstərmək məqsədi daşıyır: “Vətən müharibəsinə başlamışıq. Belə bir dönəmdə bir-birimizə dəstək olmalı, xalq olaraq həmrəylik göstərməliyik. Aksiyamızı müharibə başa çatana qədər davam etdirəcəyik. Əsgərlərimiz ailələrindən narahat olmasınlar”.


Şərhlər