Azərbaycan Kinematoqrafçılar İttifaqı təşkilatın sədri Rüstəm İbrahimbəyovun Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı hərbi əməliyyatlarına, Rusiya ziyalılarının hadisələrə olan münasibətinə dair mövqeyini təqdim edib.
R.İbrahimbəyovun açıqlamasında deyilir: “Azərbaycan ərazisində müharibə daha da qızışır, qurbanların sayı artır, dinc əhali, uşaqlar həlak olur. Hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq hamının təbii istəyidir. Ancaq otuz ilə yaxın uğursuz danışıqlardan sonra bu, realdırmı?
Dünya birliyi formal sülhməramlı ritorikadan imtina etsə, aşkarda baş verənləri, nəhayət, görsə, o zaman bu, tamamilə realdır: Ermənistan tərəfindən “hər ehtimala qarşı” işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir. Əminəm ki, bu baş verən kimi, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olacaq.
Uzun illərdir ki, bütün Cənubi Qafqazın həyatını iflic edən münaqişədən mərhələli şəkildə çıxmaq təklifi Ermənistan tərəfindən inadla rədd edilir. Mən əmin idim ki, Rusiyada Azərbaycanın düşdüyü mürəkkəb vəziyyətlə azacıq da olsa maraqlananlar bu barədə məlumatlıdırlar. Lakin Facebook-da Viktor Şenderoviçin təəssüf doğuran və qərəzli mülahizələrini oxuduqdan sonra başa düşdüm ki, Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar, bunu ilk dəfə hiss etdim. Heyif! Halbuki Rusiyada baş verən ictimai-siyasi hadisələrə Azərbaycan biganə qalmır”.
“AzPolitika.info”


Şərhlər
......Rüstəm İbrahimbəyov, qoca adamsan, ozune hormet etmirsen ve AVANTURIST olaraq, Azerbaycanin şəhid əskərlərinin RUHUNU NARAHAT EDIRSEN, anti - MILLI, anti - Azerbaycan movqede, bu, istifade etdiyin ifade ile , tebliqat aparirsan : " Ermənistan tərəfindən “hər ehtimala qarşı” işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir. Əminəm ki, bu baş verən kimi, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olacaq." AR OLSUN sene, .......Rustem Ibrahimbeyov , Azerbaycan Ordusu TEZLIKLE , Daqliq Qarabaqi - Xankendini ve etrafindaki 7 rayonlari AZAD EDECEK ermeni ishqalindan, Xankendinde Azerbaycan BAYRAQI QALDIRILACAQ, YAXIN GUNLERDE !!! Azerbaycan Ordusu, IRELI, IRELI, IRELI , QELEBEYE DOQRU IRELI !!! TEZLIKLE, QELEBE BIZIMLEDIR, ESHQ OLSUN Azerbaycan Ordusuna !!!
Уважаемый Азербайджанец, армяне-нацисты сами расскрыли, что самоопределение лищь предлог армян-нацистов, что, уже они хозяева всего в том пространстве после роспуска СССР под их давлением!? Военный арсенал(366), земля выбранное и слово главное! Это превосходство должно было обеспечиваться армянами размещенными на высоких должностях и военными РФ, с финансовой поддержкой их зарубежных миллиардеров! Вот Пащинян говоря об уступке по СНГ, ждёт финансовую помощь дальнего зарубежья и продолжают уничтожить азербайджанцев?
Düz danışmır. Qarabağ tam təmizlənməlidir.
Qarabağ və 7 ətraf rayonları alana kimi müharibə davam etməlidir "yoldaş" Maqsud İbrahimbəyov.