Xarici KİV-nin yaydığı məlumata görə, Yunanıstan Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
Yunanıstan XİN-ə istinadla bu barədə oktyabrın 7-də «Röyter» agentliyi xəbər verib. Guya rəsmi Afina bu addımı «Azərbaycan hökuməti tərəfindən səslənən təhqiredici bəyanatlardan sonra» atıb.
«Bu bəyanatlarda Azərbaycan tərəfi iddia edib ki, rəsmi Afina öz ərazisində silahlıların iştirakına dözümlə yanaşır» - deyə, agentlik Yunanıstan XİN-nin bəyanatından sitat gətirir.
Bildirilir ki, səfiri geri çağırmaqdan başqa, Yunanıstan tərəf Azərbaycana rəsmi nota da göndərib.
«Tam əsassız və təxribat xarakterli, guya Yunanıstan dövlətinin terrorçu hücumlara dözümlə yanaşması və Yunanıstan ərazisində terrorçu-silahlıların Azəbaycana qarşı Qarabağ toqquşmalarında döyüşmək üçün cəlb edilməsi barədəki iddialardan sonra, Xarici İşlər Nazirliyi Azərbaycan səfirinə sərt etiraz ifadə edib. Bu demarşın davamı olaraq, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos məsləhətləşmələr üçün Afinaya çağırılıb» - Yunanıstan XİN-n bəyanatında deyilir.
Bundan əvvəl, Azərbaycanın Dağlıq Qarağağda əks-hücuma başlamasından dərhal sonra, Yunanıstan Ermənistan tərəfə hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdi. Bununla da Yunanıstan dolayısı ilə beynəlxalq terrorizmə dəstək verən ölkələr sırasında olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Nədən ki, Ermənistan 30 ildən artıqdır, Azərbaycana qarşı terror hərəkətləri həyata keçirir və bunun nəticəsi olaraq, ərazilərimizin 20 faizini işğal edib.
O biri tərəfdən, açıq-aydın görünür ki, işğalçı Ermənistanla ona dəstək ifadə edən Yunanıstanın davranışında bir sinxronluq var. İsraildəki səfirinin geri çağırılması barədə Ermənistan hökumətinin verdiyi qərar bunu açıq-aydın ortaya qoyur. Qərarda deyilir ki, İsrail Qarabağ savaşında Azərbaycana hərbi dəstək verdiyi üçün, Paşinyan hökuməti bu ölkələrdəki səfirini məsləhətləşmələr üçün geri çağırır.
Bu da olsun «Düşmənlərimizi tanıyaq» rubrikasından növbəti yazı.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Cənab SƏFİR, işğal zonasından videolar Sizə və bizə şahidlik edir ki, vəhşi işğalçılar hər damı belə söküblər, guya Artsax müdafiəçiləri öz Artsax və İrəvan diktatorlarını mühafizə edən zəncirlə bağlı it günündə zorla saxlanırlar. Lütfən, bu faktları yunan xalqına gördüyünüz kimi izah edin.
Cəhənnəmə çağırsın.Yunan da erməni kimi murdardır.
Yunanlar da erməni kimi bir şeydir.Hər ikisinə lənət olsun!