İŞİD-lə mübarizə üçün kürdlərə daha çox silah lazımdır
Suriyanın sərhəd şəhəri olan Kobanidən verilən məlumatlara görə İŞİD əvvəl ələ keçirdikləri məhəllələrdən qərb ölkələrinin koalisiyasının aviazərbələri nəticəsində geri çəkilməyə məcbur olub.
ANS PRESS-in məlumatına görə, şəhər idarəetmə administrasiyasının nümayəndəsi İdris Nasan bildirib ki, çərşənbə günü şəhərin demək olar ki, üçdə birini ələ keçirmiş İŞİD qüvvələri hazırda bir neçə evi əllərində saxlaya biliblər. ABŞ-ın aviazərbələri nəticəsində İŞİD-in əlində olan iki bina, tank və pulemyot məhv edilib.
Bununla bərabər Nasan kürd qüvvələrinə İŞİD-lə mübarizə üçün daha çox silah lazım oldğunu dilə gətirib.


Şərhlər