Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır
Rusiyanın ZNAK.COM saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.
Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.
Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.
Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir: “Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.
Reportyor ermənilərin döyüşmək istəmədiklərini vurğulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib: “Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”
Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən: “...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.
Xankəndinin sakinləri rus reportyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: “Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.
Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.
Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır.
Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır.
“Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib.



Şərhlər
Allah Azerbaycan xalqini qorusun Amin
Allah cənab prezidentə güc, qüvvət versin ki, bütün ermənipərəstlərlə siyasi mübarizə aparsın. Ordumuzun hər bir cəngavərinə eşq olsun, bütün Azərbaycan xalqının ürəyi sizinlə döyünür. İnşaallah zəfər çalaraq sağ-salamat evinizə dönəsiz. Hər birinizi bağrıma basıram. Allah şəhidlərimizə rəhmət eləsin, bütün torpaqlarımız işğaldan azad olsun ki, şəhid analarının ürəyinə su səpilsin heç omlasa
ВСПОМНИТЕ ХОДЖАЛЫ 613 СТАРИКОВ И ДЕТЕЙ УБИТЫХ В МИРНОМ КОЛЕДОРЕ
Eşq olsun Ordumuza, indikikı MÜBARİZLƏRƏ, PREZİDENTİMİZƏ Sizlərlə qürur duyuruq
shanli azerbaycan askerine boyuk bir heykel xankendinin basi uzerinde ali bash komandan ilham aliyeve qizildan heykel shushada telequllenin yuxarisindaqoyulmalidir millet bele isteyir ,
Hele harasidi Şanli ordumuz xocalini size yad edecek
INSALLAH
ASLAN ORDUMUZUN qarsisinda,bele caqqallarin koku kesilecek!!!
/em eşq olsun ordumuza və İlham eliyeve