Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə həyata keçirdiyi növbəti faktaraşdırıcı fəaliyyətinin nəticələrinə dair hesabat təqdim edib. Bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.
Sənəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin sıxməskunlaşdığı ikinci böyük şəhəri olan Gəncə şəhərində yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutmasınəticəsində törədilmiş dağıntılar və insan tələfatı ilə bağlı Ombudsmanın yerində araşdırmaları, yaralanmış, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşləri zamanı toplanmış məlumatlar əsasında hazırlanıb və 2020-ci il 4-6 oktyabr tarixlərini əhatə edir.
Hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


Şərhlər
İşini çox gözəl bacaran, sadə, səmimi insan Səbinə xanım canını heçə sayıb cəbhə bölgəsinə getdi. Dəfələrlə Xanım ola ola bunu etməyədə bilərdi. Öz işinin öhtəsindən layiqincə gəlir. Bu cür xanımları dəstəqləmək hər kəsinnn borcudurrr. Amma nədənsə bəzi insanlar bu xanımın başarılı olduğunu, öz işini layiqincə gördüyünü qəbul edə biımirlər heç vaxt.
Sizin hər bir gördüyünüz işlərə azarkeşlik edirəm Səbinə xanım. Allah sizi, ordumuzu , xalqımızi qorusun!!!!
Sayılıb seçilən xanımlarımızdan biri, gözəl Səbinə xanım daima uğurlarınız bol olsun. Allah tutduğunuz vəzifədə Sizi mərdi məzarlardan sizi uzaq etsin. Amin