Menu

ABŞ İranın 18 bankına sanksiya tətbiq edib

09.10.2020, 21:42
ABŞ İranın 18 bankına sanksiya tətbiq edib

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.

“Report” qurumun məlumatına istinadən xəbər verir ki, bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ-ın maliyyə naziri Steven Mnuçin sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İranın terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək"

Şərhlər

Fatime 2020-10-09 21:50:53

Sag eli Rusiyanin basina diz cokdurun bu iki mundar dovleti

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol