Menu

"ATƏŞKƏS XALQIN İRADƏSİNƏ VƏ MÖVCUD REALLIĞA TAM ZİDDİR!" - "Biz məyus olmamalı və ruhdan düşməməliyik"

10.10.2020, 10:29
"ATƏŞKƏS XALQIN İRADƏSİNƏ VƏ MÖVCUD REALLIĞA TAM ZİDDİR!" - "Biz məyus olmamalı və ruhdan düşməməliyik"

Professor Qulu Məhərrəmli atəşkəs razılaşması ilə bağlı öz fikirlərini yazıb. Musavat.coma istinadən həmin fikirlərin mətnini təqdim edir:

"ATƏŞKƏS Azərbaycan xalqının İRADƏSİNƏ və mövcud REALLIĞA tam ziddir. Amma görünür ki, münaqişəni bizə sırımış riyakar Moskvanın da bu məsələdə öz planları var!

Bununla yanaşı deyim ki, biz məyus olmamalı və ruhdan düşməməliyik... çünki “Kreml bəyanatı” CİDDİ hüquqi sənəd deyildir, yalnız niyyətlərin ifadəsidir və tərəflərin üzərinə heç bir öhdəlik qoymur. O səbəbdən də bu əldəqayırma atəşkəsin ən yaxın günlərdə Ermənistanın günahı ucbatından POZULACAĞINA əminəm...
Digər tərəfdən, biz artıq bölgədə geopolitikanın, hərbi-siyasi şəraitin və status-kvonun dəyişdiyini də görməliyik.

Bu dəyişiklik imkan verir ki:

1) Danışıq şərtlərini Azərbaycan diqtə etsin;

2) Bakı beynəlxalq hüququn verdiyi üstünlüyü real (əməli) üstünlüyə çevirsin;

3) BMT-nin 4 qətnaməsi reallaşdırılsın;

4) Separatçı rejimin fəaliyyəti, xüsusən hərbi davranışları nəzarətdə saxlanılsın;

5) Ermənistanın və başqa kənar qüvvələrin Qarabağla hərbi əlaqələri məhdudlaşsın;

6) Azərbaycan Ordusu istədiyi vaxt ƏKS-HÜCUM əməliyyatlarını bərpa etsin.

Əlbəttə, indi əsas məsələ budur ki, ORDUNUN əli tətikdə olsun, şəhidlərimizin qanı batmasın və ən əsası, Ali Baş komandan ölkəmizə soxulmuş təcavüzkarları “İTİ QOVAN KİMİ QOVMAQ” fikrini dəyişməsin!!!"

Şərhlər

Vaqif 2020-10-11 09:33:50

XİN-də dəyişikliklər olmalı,oraya peşəkarlar təyin olunmalıdır.

Aqil 2020-10-11 09:14:11

Təcili ciddi XİN-ə nazir tapılmalıdır.Bayramovun bu işə yaramadığı elə ilk gündən bəlli idi.b

Rahim 2020-10-11 08:18:54

Döyüşlərin qızğın vaxtında belə şərtlərlə atəşkəsla bağlı müqavilə bağlamaq doğru deyil... Düşmən ordusu çıxmadan əsirləri qaytarmaq olmaz!. Döyüşlər bitməmiş düşmən əskəri qaytarmaq yolverilməzdir... Ceyhun bayramova necə müqaviləyə imza atıb? . Prezidentin açıq irəli sürdüyü şərtlər nə deməkdi, Moskvada imzalanmış müqavilə nə deməkdi.?

Yaşar 2020-10-11 08:13:06

Artıq qələbə yaxındır.Hec kim ruhdan düşməsin.Erməni tükənmək üzrədir.Yaşadın AZƏRBAYCAN ORDUSU.

Ömer 2020-10-11 01:51:43

Allah elesin Prezidentimiz fikrinde qalsin!

Werife 2020-10-11 00:03:25

Ali baş komandanimiza güvenek.O bilir neyi ne vaxt etmek lazımdır.O deyirse Qarabag Azerbaycandir!Demeli ele de olacaq.Iti qovan kimi qovacaq o tülküleri(Ermenileri)Yawasin bizim önde dayanan igid qardawlarimiz.Sizin sayenizde rahat yatiriq.

vətəndaş=2 2020-10-10 23:23:33

DEMƏK Kİ PUTİN paşinyanı devirmək üçün susurmuş

Bahruz 2020-10-10 21:48:02

Türkiyə bizim seçdiyimiz istənilən qərarı dəstəkləyəcəyini bildirib. Bu tarixi şansı əldən verməməliyik.

zahir 2020-10-10 18:32:04

çox qorxuram ki o erməni... gözəl əndamlarını işə salalar,biz də ki erməni qadınlarının əndamlarını çox çox sevirik!Ancaq VƏTƏN hər şeydən öndədi.YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ!!!!!!!!

Məhəbbət 2020-10-10 18:17:31

İnanıram ki döyüş davam edəcək Bu kağız üzərində olan atəşkəs olacaq.İlanın ağına da lənət qarasına da

Gunel 2020-10-10 18:16:44

Her şey yaxşı olacaq ruhdan düşməyin onsuzda döyüşlər dayanmadı çünki düşmən humanitar atəşkəsə əməl etmədi və cavabını aldı .Ruh düşkünlüyünə qapılmayın Allahın böyüklüyü ilə hər şey yaxşı olacaq .Azərbaycana uzanan pis niyyət əlləri tanrım öz ədaləti ilə baltaladı inşallah.Hec de rusun tərəfində deyilik biz lazım olanı etdik ve bir daha göstərdik ki düşmən düzəlməsi deyil .Mən bircə ali baş komandan ve ordumuza inanıram və güvənirəm .Təxribatlara uymayaq .İnşallah düz sərhəddə kimi gedəcəyik ancaq irəli Azərbaycan ordusu!Zəfər sənindir!Qarabağ Azərbaycandır!

Valeh 2020-10-10 18:12:06

Doğru mülahizədir.Bu bir daha təsdiq edir ki,bizim XİN yerində deyil və bu məsələlərin həllində acizdir.

Çingiz 2020-10-10 17:54:34

Bəli,xalqın gözləntisi. ordunun qələbələri, Prezidenti sət mövqeyi yenə hazırlıqsız nazir Bayramovun yarıtmaz fəaliyyəinə görə masada əks olunmadı...Heç tarixi,cədvəli bəlli olmayan atəşkəsə imza etmək olardı?...Bu həmin Bayramovdur ki,Azərbaycanda pus məktəblərinin sayını artırmağı hədəf götürmüşdü.

Eko 2020-10-10 16:59:17

Pelenq yatarda durardaaa ,,,, olurda oda canlidi ((((

RT 2020-10-10 16:55:34

Taybacun votsapi zadi , her shey melum oldu ayeleer ((((

RT 2020-10-10 16:35:25

BU nə deməkdir ???

RT 2020-10-10 16:06:35

Hayif o oqullardan ((( Derd Derd Biyabr olduq !!!

Deputat 2020-10-10 12:28:52

Niyə saxlamalıyıq ki, sonra da əks-hücumu bərpa edək? Hazır müharibəni uduruq ...

Deputat 2020-10-10 12:18:49

Döyüşləri 1 dəqiqə belə saxlamaq olmaz. Nə atəşkəs...

Mamed 2020-10-10 12:17:16

Bu dəfə də Qarabağ məsələsi həll olunmasa, biz daha QaraDağdan danışacıq. Bəs düşmən təxribatına cavab verərkən dəfələrlə təkrarlanan tələblər!? Xalq əlindən gələni etməyə hazırdır. Bəs bu sövdələşmə nədir?ın böyük Deyəsən, an

Vüqar 2020-10-10 11:51:52

Acıq desinlər ki, nə haqda 10 saat danışıblar. Biz erməniləri döyürük sə, onda nəyə görə bizə məlumat verilmir

Şaiq 2020-10-10 11:35:42

Bugünkü döyüşlər bir daha sübut edir ki, Qarabağımızı dığalar yox, ruslar ışğal edib. Türkiyə Cümhuriyyətinin iştirak etmədiyi istənilən danışıqlar bizim ziyanımıza olacaq. Çox ehtiyatlı olmaq lazımdır. 28 ildə fərli bir qərar qəbul edə bilməyən quruma inanmaq sadəlövhlük olar....

Fatime 2020-10-10 11:00:51

Beli uzulduk hemcini yene turkiyeni yariyolda qoyduq yene dunya gorduki biz rusun tesirindeyik

Ədalət 2020-10-10 10:55:12

Atəşkəs Ermənistana lazımdır...r.Dünya erməniləri bu gün bayram edir.

Agasef Qedirov 2020-10-10 10:44:49

Muharibede qan bahasina qazanilani masada itirmek olmaz .

Agasef Qedirov 2020-10-10 10:44:48

Muharibede qan bahasina qazanilani masada itirmek olmaz .

Azəri 2020-10-10 10:39:37

Qulu müəllim özünüz də deyirsiniz ki erməni sakit durmayacaq və bu alçaldıcı akt pozulacaq. Deməli düşmən sakit dursa biz də quzu kimi sakit olacağıq. .... Əhali çox narahatdır. Səhərə kimi millət yatmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol