Menu

“Siyəzən Broyler” ASC-nin kollektivi Ordumuza 100 min manat ianə edib

10.10.2020, 14:37
“Siyəzən Broyler” ASC-nin kollektivi Ordumuza 100 min manat ianə edib

“Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin işğalı altında olan Qarabağın azad edilməsi üçün tarixi hərbi əməliyyatlar keçirir. Rəşadətli əsgərlərimizin döyüş meydanında göstərdikləri misilsiz igidlik hamımızı illərdir həsrətlə gözlədiyimiz Böyük Qələbəyə yaxınlaşdırır. Biz “Siyəzən Broyler” ASC-nin kollektivi olaraq fəxr edirik ki, Vətən torpağına göz dikən istənilən düşmən qüvvələrini torpaqlarımızdan birdəfəlik olaraq qovub çıxarmaq gücünə malik bir dövlətə, bir orduya, bir xalqa sahibik!” - “Siyəzən Broyler” ASC-nin kollektivinin açıqlamasında belə deyilir.

Milli Ordunun zəfərlərinə dəstək olaraq, “Siyəzən Broyler” ASC-nin əməkdaşları öz məvaciblərindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 100.000 manat ianə edib. “Biz həmişə müzəffər ordumuzun yanındayıq! Qarabağ Azərbaycandır!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol