“Bu gün ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, dərhal məqsədyönlü danışıqlar bərpa edilməlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür:
“Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.


Şərhlər
Dümanın bir əsəri vare 20 ildən sonra, biz deyirik: 30 ildən sonra. ...Şuşanı görə biləcəyikmi, təəsüf ceyhun balanın ucbatından?
Möhtərəm prezidentin gərgin əməyi ortadadır.amma XİN-ninn (şəxsən Bayramovun) bu işlərə yaramadığını da nəzərə almaq vacibdir.