Menu

Monteneqro - Azərbaycan matçı başladı

10.10.2020, 17:03
Monteneqro - Azərbaycan matçı başladı

UEFA Millətlər Liqasının III turunun Monteneqro - Azərbaycan matçı start götürüb.

"Report"un məlumatına görə, Podqoritsa şəhərindəki "Qradski" stadionunda qarşılaşma 17:00-da başlayıb.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

İlk 2 oyununda Monteneqro Kipr (2:0) və Lüksemburq (1:0) üzərində səfər qələbələrinə imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol