Menu

"Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq" - Nazir

10.10.2020, 17:21
"Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq" - Nazir

“Dünənki danışıqların və qəbul olunmuş bəyanatın qiymətləndirilməsi ondan ibarətdir ki, humanitar əsaslarla atəşkəs elan olunması ilə bağlı çoxsaylı müraciətlər vardı. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Puitin də belə bir təşəbbüslə çıxış etmişdi. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Bilirsiniz ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarında sonra Moskvada belə bir görüş baş tutub. Uzun müzakirələrdən sonra Bəyanat qəbul edilib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, məqsəd Beynəlxalq Qızıl Xaç Komitəsinin də cəlb edilməsi ilə meyitlərin, əsirlərin və tutulmuş şəxslərin mübadiləsini həyata keçirməkdir: “Sənəddə həmçinin əlavə maddələr də var. Həmin maddələrə əsasən, Ermənistan üzərinə öhdəlik götürüb ki, danışıqların baza prinsiplərinə qayıtsın, atəşin dayandırılmasından sonra tez bir vaxtda substantiv danışıqlara başlansın. Həmçinin bəyanatda danışıqları formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə də maddə var. Çünki format son vaxtlar Ermənistan tərəfindən şübhə altına alınırdı. Danışıqlar formatı deyəndə, biz danışıqların Azərbaycan və Ermənistan arasında aparıldığını nəzərdə tuturuq. Ermənistan tərəfindən hansısa üçüncü tərəfin danışıqlara cəlb olunması cəhdi Azərbaycan tərəfindən rədd edilir. Bu sənəddə biz bu məsələyə növbəti dəfə nöqtə qoyduq”.

C. Bayramov atəşkəsin elan olunmasından bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan buna əməl etmədiyini, bir neçə istiqamətdə əks-hücuma keçməyə cəhd göstərdiklərini və Azərbaycan Ordusu tərəfindən geri oturdulduqlarını diqqətə çatdırıb: Bu, təəssüf doğurur. Çünki Ermənistan növbəti dəfə ikiüzlülüyünü nümayiş etdirir. Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur. Atəşkəsdən hələlik bir neçə saat keçir. Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq”.

Şərhlər

C. Bayramova TECILI SUAL 2020-10-10 20:08:18

C.Bayramov, eger sen, heqiqeten AZERBAYCANLISAN, DEQIQ BILMELISEN ki, 30 il muddetinde, ishqalchi Ermenistan, DAIMA, HEYASIZCASINA, Azerbaycanin kendlerini, dinc ehalini, INTENSIV , ARTILLERIYA - TOP ateshine tutur ve QADAQAN OLUNMUSH RAKETLERLE, Azerbaycan erazisindeki dinc - mulki ehali, CHOX AQIR XESARETLER ALIR ve yashadiqlari evler DAQIDILIR , bele veziyyetde, NIYE, Azerbaycana , Kalantaryan ( Lavrov ) ve Putin terefinden DIKTE EDILIR, MUDDETI MEHDUD OLMAYAN, VAXT LIMITI TEYIN OLUNMAYAN, BIRTEREFLI " ATESHKES "........ REJIMINE RIAYET ETMEK GOSTERISHI ?????????? NIYE, Azerbaycan oz erazisindeki, ermeni ishqalinda qalan torpaqlarini AZAD ETMEK EMELIYYATINI DAYANDIRIR ve KECHIR OZUNU , ishqalchi ermenilerden MUDAFIYE ETMEK TAKTIKASINA ????????? TEKRAR, 30 il, cebhede DAVAM EDECEK , bu, " OZUNU MUDAFIYE " TAKTIKASI ........?????????????

ceyhun 2020-10-10 19:04:35

sən xalqın ümidini kökündən baltaladın, malades sənə!

Loğman 2020-10-10 19:04:18

Belə nazirdən nə gözləmək olar? Deyir.gözlə görək nə olur?Yat qal dala lay=lay deyir.Bundan nazir olar?Belə təsadüflər Azərbaycanda bütün sahələri)ni (rabitə,sosial,iqtisadiyyat ,kənd təsərrüfatı vəsair) batırırlar.

zahir 2020-10-10 18:35:57

Ay qardaşlar nə atəşkəs vallah uduzarıq xalq qalxıb ayağa qoyun torpağı alaq ALİ BAŞ KOMANDAN da belə deyir və biz bir xalq kimi onunla birlikdəyik

Hüseyn 2020-10-10 18:08:12

Zöhrab Mnatsakanyan və maestro Lavrov nə nəticə əldə etdiyini çox gözəl bilirdi.Bu nazir nə əldə etmək istədiyini telefonla öyrənir.Çox maraqlıdır,adama bacarmadığı işə,vəzifəyə necə və nəyə görə "hə deməlidir?

Akif 2020-10-10 18:01:39

Müvəqqəti atəşkəs zamanı əsirlərin dəyişdirilməsi nə qədər doğrudur?Hələ Bayramov anlaya bilmir ki,bu müharibə qurtardıqdan sonra olur?Bunu cənab Bayramov dərk edirmi?İkinci tərəfdən müddəti bəlli olmayan atəşkəs nə demək olduğunu cənab Bayramov anlayırmı?..

Cəmil 2020-10-10 17:32:04

Nazirin zəif ,hazırlıqsız və dişsiz olduğu aşkardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol