Menu

"Ermənistandan Mingəçevirə ballistik raket buraxılıb" - Hikmət Hacıyev

10.10.2020, 19:20
"Ermənistandan Mingəçevirə ballistik raket buraxılıb" - Hikmət Hacıyev

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".

Armenia launched NATO Code name "#SCUD" ballistic missile to Mingachevir city of #Azerbaijan from its territory. It was destroyed by our air defence forces w/S-300. In launchpad insulting Armenian speech sounds. Armenia's state terror must be stopped. This video is from #Armenia. pic.twitter.com/p9yxk6txgL

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 10, 2020

Şərhlər

Xalq 2020-10-10 19:50:56

yəqin indi də Gəncə, Tovuzu istəyrlər, nə olacaq verin getsinlər.Onsuz da vuruşmağa qoymurlar,atəşkəsdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol