Menu

“Gəncədə 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər ağır yaralanıb” - Hikmət Hacıyev - FOTO

11.10.2020, 10:38
“Gəncədə 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər ağır yaralanıb” - Hikmət Hacıyev - FOTO

"Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb". Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

"Qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 33 nəfər ağır yaralanıb. Ermənistan Azərbaycanın mülki əhalisinə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir", - deyə, paylaşımda qeyd olunub.

Şərhlər

Xalq 2020-10-11 12:47:27

Qadın, körpə və uşaqların qisası almaq üçün Qarabağı mütləq almaq lazımdır, bu 1milyon adam itirsək də olmalıdır! Başqa çarə yoxdur.

t.ədalət 2020-10-11 11:39:15

Biz Rusiyaya bu atəşləri onun törətdiyini xatırlatmalıyıq.Biz Rusiyanın Azərbaycandakı casus şəbəkəsindən,erməni qanlı məmurlardan da təcili qüurtulmaslıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol