Menu

ABŞ qırıcılarından İŞİD-ə ağır zərbə

10.10.2014, 10:56
ABŞ qırıcılarından İŞİD-ə ağır zərbə

Koalisiya qüvvələri İŞİD mövqelərinə daha 6 aviazərbə endirib

Amerika Birləşmiş Ştatları Suriyanın Kobani şəhərinə aviazərbələr endirməyə davam edir.

ANS PRESS xəbər verir ki, "Assocaited Press" agentliyinin ABŞ mərkəzi komandanlığına istinadən verdiyi məlumata görə, Amerika Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Kobanidəki İŞİD mövqelərinə 6 aviazərbə endirib.

Aviazərbələr nəticəsində şəhərin cənubunda İŞİD döyüşçülərinin ələ keçirdiyi iki bina, tank və pulemyot məhv edilib. Kobaninin şimal hissəsində isə İŞİD döyüşçülərinin gizləndiyi iki binanın bombalanaraq məhv edildiyi bildirilir.

Daha əvvəl Qərb kütləvi-informasiya vasitələrində İŞİD qüvvələrinin koalisiya aviazərbələrinin təsiri ilə daha əvvəl tutduqları ərazilərdən geri çəkildiyi bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol