Menu

"Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb" - Maksim Şevçenko

11.10.2020, 18:08
"Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb" - Maksim Şevçenko

“Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər axı? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa, bəlkə Fransanı elə sevib ki, Makronlə birgədir? İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz”. “Report” xəbər verir ki, bunu rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko söyləyib.

“Azərbaycanlıları zəif, döyüşməyə meyl etməyənlər kimi təqdim etməyə çalışırlar. Ermənilər isə guya döyüşçüdürlər. Görünür, çoxdandır azərbaycanlıları görməyibsiniz. Mən bu illər ərzində Azərbaycanda olmuşam. Azərbaycanda vətənpərvər, savadlı nəsil yetişir. Özü də söhbət sadəcə oğuz türklərindən getmir, bura həm də talış, ləzgi, avar, udin, rus, yəhudi, tatlar da daxildir. Azərbaycanda ümumiyyətlə xeyli xalq yaşayır. Ermənistan isə, misal üçün, monomilli ölkədir. Siz çətin ki, orada jurnalistlərdən başqa əcnəbiləri görərsiniz”, - o bildirib.

M.Şevçenkonun sözlərinə görə, bəzi qüvvələr erməniləri az qala xristianlığın forpostu elan edib: “Azərbaycan dünyəvi dövlətdir. Ermənilik sivilizasiyası ümumiyyətlə nədən ibarətdir? Qarik Martirosyan? “Naşa Raşa”nın qəhrəmanları? Budurmu müasir erməni mədəniyyəti? Bu sivilizasiyanımı onlar müdafiə edirlər? Fikrimcə, ağıllı, savadlı, sivil ermənilər müharibəyə son qoymaq mövqeyindən çıxış etməlidirlər”.

O, həmçinin Xankəndinin Gəncə və Mingəçevirdən fərqli olaraq hərbi əməliyyatlar bölgəsində olduğunu da vurğulayıb: “Stepanakert (Xankəndi – red.) hərbi əməliyyatlar zonasındadır. Oranı bilərəkdən vurmurlar. Cəbhə xəttindən Stepanakertə məsafə haubits və ya “Uraqan” və “Qrad”ın atəş distansiyası qədərdir. Stepanakertin çevrəsində xeyli hərbi bölmə var. Oradan atəş açırlar və cavab atəşi də alırlar. Gəncəyə isə, dinc əhaliyə qarşı məqsədyönlü şəkildə zərbə endirilib. Başa düşürsünüz fərqi?

Stepanakert hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb”.

Şərhlər

B.Qarabağlı 2020-10-12 13:18:36

СРДЕЧНАЯ БЛАГОДАРНОСТЬ ЗАЩИТНИКУ СПРАВЕДЛИВОСТИ ГОСПОДИНУ МАКСИМУ ШЕВЧЕНКО! Bununla yanaşı erməni vəhşiliyi qarşısında çəkinməyimiz-izahımız hədsiz narahat edir? BMT TŞ qərarı, 27 illik danışıqlar rəsmi hərbi işğalçıya heç bir insani təsir göstərməyib.

Roma 2020-10-11 23:25:14

Maksim duz-çörək itirən deyil, onun dostları Heydər və Orxan Camallar (ata-bala) olmuşlar...ermənilərə söz demək, özüdə Rusiyada, hansı ki, kütləvi informasiya erməni çaqqallarının əlindədir, çox çətindir....Maksim isə kişi kimi sözün düzünü deyir...çox sağ ol Maksim, sən bizimləsən...

Xalx 2020-10-11 20:09:39

Kişi adamsan. Heç duptatlarımız belə danışmır

rasim quliyev 2020-10-11 19:51:52

Ermenler evvel Isani satdilar,sonra Osman imperiyasini satdilar,axirdada Soveti satdilar.Bele xalq exlaqsiz qadindir.

Xalq 2020-10-11 18:57:27

Sağ ol!

Azer 2020-10-11 18:20:03

Saq ol. Edaletli serhe gore.. Tesekkurler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol