Müharibə vəziyyəti ilə əlaqədər internetin məhdudlaşdırılması, sosial şəbəkələrə girişin bloklanması informasiya məkanında yerli televiziyaların əhəmiyyətini artırıb. İndi əhali üçün əsas məlumat mənbəyi telekanallar və radiolardır. Bəs bu resurslar üzərinə düşən missiyanı necə yerinə yetirirlər? Azərbaycanın apardığı haqq savaşı, gündəlik baş verən hadisələrin mahiyyəti, dövlətin yürütdüyü siyasət vətəndaşlara necə təqdim olunur?
Təəssüf ki, bu suala birmənalı müsbət cavab vermək mümkün deyil. Dövlət kanalı AzTV, "ARB 24 TV" və nisbətən "REAL TV" istisna olmaqla özəl kanalların informasiya buraxılışları, ictimai debatları, cəbhə xəttindən hazırladığı materiallar aşağı səviyyədədir.
Bəzi hallarda ictimai maraqlara zərbə vurur, dövlətin apardığı gərgin işə kölgə salır. Söhbət nələrdən gedir?
Hadisələrin mahiyyətini izah edə bilməyən, təhrif edən, yanlış, ziyanlı şərhlər verən ekspertlər bir kanaldan çıxıb o birinə gedir. Gün ərzində efirin əsas hissəni bu şəxslərin heç bir informasiya, təhlil yükü olmayan fikirləri doldurur.
Azərbaycandakı müharibə vəziyyəti radiolardan, tele efirlərdən hiss etmək mümkün deyil.
Humanitar atəşkəs elan olunar-olunmaz günün əhəmiyyətli hissəsini müğənnilərin çıxışları ilə və ya onların bayağı mahnıları ilə yola verməyə başladılar.
Müharibə qayğıları ilə yaşayan sadə vətəndaşa yer verilmir, onların üzünü ancaq düşmənin atəşə tutduğu kəndlərdən, şəhərlərdən hazırlanan materiallarda görmək olar.
Hərbi eksperrtlər, Qarabağ müharibəsi veteranları efirə çox az-az dəvət olunur.
Arxa cəbhə necə çalışır, cəmiyyətdən ordumuza verilən böyük dəstək nədən ibarətdir, bu barədə telekanallarda tək-tük material tapmaq olar ya yox.
Ən pis hallardan biri efirləri başına götürən ağlaşma, sızldama, özünü düşmən qarşısında əliyalın köməksiz göstərmək cəhdləridir. Ermənilərin atəşkəsi pozmasından şikayətlənən deputatlar, ekspert kimi təqdim olunan şəxslər emosiyasız, boş çıxışları ekranları bürüyüb.
Ki, bu da cəmiyyətin əhval-ruhiyyəsinə qətiyyən uyğun deyil, onu əks etdirmir. Erməni düşməndir, onun atəşkəsə heç vaxt əməl etmədiyi hər kəsə bəllidir. Bürün dünya bilir ki, erməni heç vaxt heç bir sazişə əməl etməyib.
Buna görə də telekanallar erməni vəhşliklərini göstərməklə yanaşı, xalqın mübarizə, döyüş ruhunu artıran verlişlərə yer verməlidir!
Ölkəmizdə heç vaxt olmadığı qədər milli birlik, həmrəylik,dayanışma var. Xalqımız düşmənə qalib gəlmək əzmindədir. Şəhidlərini qürurla dəfn edib, “Vətən sağ olsun!” deyir. Evləri mərmilərdən dağılan sadə vətəndaşların fikirləri istisna olmaqla cəmiyyətin bu heyrətamiz əhvalını efirlərdə görmək mümkün deyil.
Təəssüf ki, bu mənfi tendensiya getdikcə artır. Bunlara son qoymağın vaxtı çatıb. Dövlət qurumları bu informasiya mənbələrinə çəki-düzən vermək üçün dərhal işə başlamalıdırlar.
Elçin
AzPolitika.info

Şərhlər
Tam raziyam, Tovuza hücumdan bəri rus kanallarına nifrət edirəm, tək öz kanallarımıza baxıram, və istərdik ki hal hazırda döyüşən əskərlərimizin ailələrinə aid verliş olsun, oblarön ehtiyaclarına daır nə addımlar atır gökümətimiz və xalqımız, hər bir şəhid oğulumuzun ailəsi diggət başında olmalıdır, uşaqlarının təhsili tam hökümət tərəfdən yüksək dərəcədə təmin olunmalıdı, nu uşaqlar atalarını vətən yolunda itirdi vətən onlara atalıq etməlifi, bu çox vacıbdı və bu barədə görülən addımlar barədə verilişlər məlumatlar gözləyirəm, prezidentimixin sözü ki şəhid ailələri evlə təmin olunacaq çox sevindirir, inşaAllah hər cür bu ailələrə dəstək davamlı olacaq, bir fond yaradıla nilər hardan pul vəsaiti hər ailə üzvü hər ay ordan ala bilər, bu cür dəstək barədə fikirlər layihələr göxləyirəm, Prezidentimiz bu gün hamımızın fəxrimizdi və inşaAllah innən belə taç başqa səviyyədə ölkə olmağımıza istiqamətləndirər bizi, efirdə bu fikirləri istərdim ki necə görürük gələcəyimizi, artıq igid şəhidlərimizə böyük borcumuz var
Təəssüf ki,bəzi yaltaq,məddah deputatlar da onlara verilən vaxtdan sui istifadə edirlər,heç bir analitik təhlil yükü olmayan boş- boşuna özlərinə divident qazandırmaqla məşğul olurlar.Bu ziyanlı adamlar milli birliyə ziyan vururlar. ziyan vururlar
Beli , coxdan bu meseleni qaldirmaq lazim idi !!!! Ôzûnû tanimayanlari cixardirlar tv lere , onnarda aqlina qeleni danishirlar , Seviyesizderin yerleri olmamalidi tv lerde !!!
Turkiyede sosial layihe cekilirdi bir sehid qehreman Ve taninmis model xalqa sual verirdiler. Sehidi gosterib bu kimdir deyende camaat tanimadi hetta bilmeden lag edib gulenler de oldu bildikde sehiddir utandilar. Ama taninmis mugenini hami tanidi. Bu efirlerden ireli gelir. Her gun sehidlerimizin gosterdiyi qehremanliqlardan onlarin veten sevgisinden efirde verseler daha yaxsidi. Qarabag muharibesinde 1990-1994 currently iller erzinde sehid olan qehremanlarimizi kim taniyir? Aciq danissaq cox.az adam. Mugennilerin heyati onlarin bahali masinlari geyimleri kimlerlese davasi sousu sevgisi daha bizi maraqlandirmir. Polad kimi Mubariz kimi Ilham kimi hetta polkovniki oldurub ozu sehid olan Cebrayil kimi ogullarimizi tanimaq balalarimiza tanitdirmaq unutmamaq lazimdi. Bunu ilk once efirlerden oyrenmeliyik mence. Insallah torpaqlarimizi alariq tezlikle men buna inaniram Ve bele verlislerimiz coxalar
Müällifin fikirläri täqdirä layiqdir. Azärbaycan televiziya kanallarínín mövcud durumu acínacaqlídír. Ölkädä müharibä gedir. Härbi väziyyät elan olunub. Insanlar ordumuzdan qäläbä xäbärläri gözläyir. Vätänpärvärlik vä qährämanlíq simvolu olan şäxslär efirlärä dävät olunmali, müharibä iştirakçílarínín fikirläri soruşúlmalí, härbi ekspertlärin iştirakilä analitik proqramlar täşkil olunmalí, sämäräli debatlar keçirilmälidir. Düşmänin dinc ähaliyä qarşí yönälmiş iyränc fäaliyyäti tählil olunmalí, televiziyanín informasiya funksiyasíndan istifadä ediläräk täbligat aparílmalí, dünya ictimaiyyätinin diqqäti ermäni vandallíğína vä barbarlíğína cälb edilmälidir. Bunun äväzindä gördüyümüz mänzärä şaşírdícídír. Elza vä ona oxşar mügännilär yenä efirläri zäbt ediblär. Bayağí mahnílar vä sair baş alíb gedir. Efir mäkaníndan müharibä väziyyätinä uygun istifadä edilmir. Qardaş türkiyä televiziyalarínín täcrübäsindän dä istifadä edilmir. Yaxşí ki, onlar varmíş. Här gün saatlarla Azärbaycana häsr edilmiş canlí veriliş vä reportajlar verirlär. Göräsän bizim efirläri idarä edänlär onlara baxíb xäcalät çäkirlärmi?
Muharibe baslayandan baxdigim kanal Real Ve Arb24 kanalidir. Siz demis bir az yonlu xeberleri onlar verirler. Cehbede cekilen kadrlar daha maraqlidir mene. Esgerlerimizi gormek onlarin yuksek doyus ruhunu gormek eyni zamanda azad olunmus erazilerimizin videolari bunlari gozleyirem. Sehid aileleri qehremanlar haqqinda verlisler isteyirik artiq. 30 IL muharibe seraitinde yasayan xalq Oz qehremanlarinj
Muharibe baslayandan baxdigim kanal Real Ve Arb24 kanalidir. Siz demis bir az yonlu xeberleri onlar verirler. Cehbede cekilen kadrlar daha maraqlidir mene. Esgerlerimizi gormek onlarin yuksek doyus ruhunu gormek eyni zamanda azad olunmus erazilerimizin videolari bunlari gozleyirem. Sehid aileleri qehremanlar haqqinda verlisler isteyirik artiq. 30 IL muharibe seraitinde yasayan xalq Oz qehremanlarinj
Men defrlerle dudundurucu serhler yaziram ancaq orada kiminse xosuna gelmir. Qardas duz deyir televiziyalarimizin ekseriyyeti ucuz tebligat aparir brzileri ozunu reklam edir. Adlarini cekmek istemirem ancaq bir coxartistler susada segah oxumaq isteyir sisada lazimi mugami Azerbaycan esgeri oxuyacaq Allah qoysa hami bilmelidir ki dusmen cox hiyleger amansiz acibir heqiqet olsa
Cox lazimli movzudu gorulen isler zeifdi hetta qardas Turkiye tvleri hadiselerden ele operativ ve genis proqramlar hazirlayir verirlerki sanki muharibe bizde yox onlardadi.. cox tessufki tvlerimize rehberlik edenler ozlerinin azerbaycanli olmadiqlarini ola bilmediklerini gosterirler ve demeli onlara bu olke yox oz maraqlari daha onemlidi ve bunlar bir bir islerinjen azad olunlalidirlar!!!
Eləcə də mətbuatımız. Cəbhə xəbərləri paylaşılır, mətnin ortasına reklam süjeti yerləşdirilir. Mövcud ictimai-siyasi vəziyyətlə bağlı fikir bildirənlər əksərən millət vəkilləri, musiqiçilərdir.
Azərbaycan xalqina pozgunluq ashilayan belə tv kanallar vaxtida baglsnmali idi. Gec olsa da onlar baglsnmali, onlara havadarliq edən, onlari maliyyələshdirən vəzifəli shəxslər cezalandirilmalidir.
doğru deyir, mən də razıyam ki, televiziya və radio lazımi səviyyədə çalışmır.
Düz sözə nə deyəsən, təşəkkür edirəm. Dünən bir kanala deputat dəvət ediblər. Gözündə eynək, ayağını qaldırıb ayağının üstünə qoyub. Elə bil 100 eşşəyi sağına gəlir. Özündən o qədər razıdır ki, elə bil Qarabağı azad edib. Barıt qoxusunun nə olduğunu bilməyən deputatlar hərbi ekspertlik edirlər.
təmamilə razıyam!!! telekanalizasiyaların əxlaqsız verilişlərin limiti bitib!!! Zaman əsl vətənpərvər,cəfakeş- fədakar ziyalıların zamanıdır!!! bambılıları bizə sırımayın!!!!
Telekanallarımız və radio məkanlarımız üstümüzə yağan rus raketlərinə dəm tutaraq efiri daha çox rus musiqisi ilə doldururlar.Qəribədir, düşmən raketlərinin tətiyini çəkən ruslara efir məkanımızda bu qədər geniş yer verilməsi haradan qaynaqlanır?Bir tərəfdə Putinçilərin bizə atdığı raketlər və həmin raketlərin öldürdüyü sivil insanlar,digər tərəfdə-efirdə də rus musiqisi adamın əsəbini yetərincə tarımlaşdırır.Yəni,bu ölkədə bunu görən yoxdur?