Menu

“Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir” - Elçin Əmirbəyov

11.10.2020, 23:13
“Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir” - Elçin Əmirbəyov

“Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət etmir”. “Report”un məlumatlna görə, bunu Fransanın “L’Opinion” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bildirib.

E.Əmirbəyov qeyd edib ki, cümə günü Moskvada imzalanan humanitar atəşkəs razılaşmasından sonra da vəziyyət dəyişməz olaraq qalır: “Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir. Üstəlik, bazar gününə keçən gecə daha intensiv hal alıb. Ermənistandan atılan ballistik raketlər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə düşüb, nəticədə 9 nəfər həyatını itirib və 34 nəfər yaralanıb. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası da hədəfə alınıb”, - deyə E.Əmirbəyov qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisi separatçıların qruplaşdığı Dağlıq Qarabağ bölgəsindən deyil, Ermənistandan - Vardenis bölgəsi və Sevan gölünün cənub-şərqindən raket atəşinə tutulur: “Bu, bir tələdir. Çünki Ermənistanın Rusiya ilə müdafiə sazişi Dağlıq Qarabağ üçün keçərli deyil. Azərbaycanın Ermənistan ərazisinə cavab zərbələri isə hadisələrin gedişatını dəyişə bilər”.

Şərhlər

Mirzə Qafarlı 2020-10-12 08:38:06

Ermənistan bizi tələyə salmaq üçün öz ərazisindən şəhər və digər yaşayış məntəqələrimizi atəşə tutacaq. Nə vaxta qədər Bunun qarşısını almaq üçün KTMT nə üzv dövlət başçılarını xəbərdar etməli və şərt qoymaq lazımdır. Ya onlar bunun qarşısını almalı, ya da işə qarışmasınlar biz adekvat tədbir, yəni ermənistandakı atəş nöqtələrini özümüz susduracağıq.

Kərim 2020-10-12 07:05:40

Hücum əməliyyatlarını əvvəlki kimi davam etmək lazımdır. Müdafiyə yarılıb yüksəkliklər alınıb hücüm tam qələbə üçün şərait yaranıb.

sual 2020-10-12 00:22:53

Ermenistandan ATESH ZERBESI VURULA BILER Azerbaycana, AMMA, Azerbaycan ADEKVAT CAVAB ATESH ZERBESI VURA BILMEZ Ermenistana?????

Х - persona 2020-10-11 23:57:26

Как мне кажется, за это несет ответственность также ОДКБ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol