Menu

İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

12.10.2020, 10:39
İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

O qeyd edib ki, ilkin nəticələrə görə İ. Rahmon səslərin 90,92%-ni toplayıb.

Tacikistan Prezidentinin rəqibləri Miroc Abdulloyev, Rüstəm Lətifzoda, Rüstəm Rahmatzoda və Əbdüxəlim Qafforzoda olub.

Xatırladaq ki, İ. Rahmon 1992-ci ildən Tacikistan Respublikasının Prezidentidir.

Şərhlər

Xalx 2020-10-12 10:45:13

Nə az səs yığıb? Mən 112,54 % gözləyirdim. Şəklinə baxın... 112 %- lik “ oğlandır”, vallah...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol