"TÜRKİYƏ NƏ ÜÇÜN HƏMSƏDR OLMASIN?!" - İlham Əliyev

“Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın?! Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”, - Prezident bildirib.

635x100

Şərhlər

Ermeni hemsedrler formati.... 2020-10-12 22:05:59

Moskvada, Azerbaycan XIN bashchisi imzalayir beyanati ve tesdiqleyir Rusiyanin, Fransanin , ABŞ hemsedrler formatinin DEYISHMEZ OLDUQUNU ........, NIYE, Azerbaycan XIN beshchisi, SUSUR ve TELEB ETMIR ki, MUTLEQ, Turkiye BUTUN DANISHIQLARDA , GORUSHLERDE, Azerbaycan ile BIRLIKDE ISHTIRAK ETMELIDIR. ...

Xalq 2020-10-12 17:04:58

məncə 2 həmsədr olmalıdır: Rusiya erməninin müttəfiqi və Türkiyə Azərbaycan müttəfiqi. Onda danışıqlar nəticə verəcək.

Fazil 2020-10-12 16:42:50

Türkiyə arxalanıb rusiyadan uzaqlaşmaq vaxtı çoxdan çatıbdır. Dünyada gedən proseslər göstərir ki kim tək qalsa məhv olacaq,yeyəcəklər,necəki rusla erməni 200 ildir bizi bizi məhv edirlər,öldürürlər torpaqlarımızı alırlar.

Son yazılar