Menu

Gəncəyə atılan iki raket göydə vurulub

12.10.2020, 17:24
Gəncəyə atılan iki raket göydə vurulub

Bir az əvvəl Gəncə şəhəri yenidən düşmənin raket hücumuna məruz qalıb. 

Yerli sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, iki raket mərmisi Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən vurularaq boş əraziyə salınıb. Dağıntı və itki yoxdur.

Xatırladaq ki, oktyabrın 10-da gecə saatlarında Ermənistan ərazisindən Gəncəyə atılan ballistik raket 9 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına və bir neçə binanın dağılmasına səbəb olub.

Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri həmin əraziyə baş çəkib erməni vandalizminin nümunələri ilə ətraflı tanış olublar. Düşmənin növbəti raket hücumu dipolmatların Gəncə şəhəri ərazisində olduğu vaxtdan cəmi bir neçə saat sonraya təsadüf edib.

“AzPolitika.info”

Şərhlər

semed 2020-10-12 21:16:43

turkiyenin herbi bazalarini tecili Gencede yerlesdirmek ve adekvat cavab vermek lazimdi dusmene

X 2020-10-12 21:10:29

TURKIYENIN HERBI BAZALARI NE VAXT AZERBAYCANDA YERLESDIRILECEK? RUS ERMENININ QARANTIDI. BIZIM QARANTIMIZ NEDEN TURKIYE OLMASIN?

Rahilə 2020-10-12 18:30:30

Belə yox ee,gərək bombalardan gözlərini aça bilməyələr,gecikmək olmaz.Sürətlə irəli Azərbaycan əsgəri.Sürətli bombalamaq lazımdı ki,onlar gizlənib,sonra yenidən çıxmasınlar.Bir iki bomba ilə qələbə olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol