“Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır”.
APA-nın məlumatına görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.
SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə "Dağlıq Qarabağ" bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir: “Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.
General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib: “Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.


Şərhlər
BUNUN DƏSTƏYİ TƏPƏSİNƏ DƏYSİN. SƏN ÖLƏSƏN BU İKİ DAŞIN ARASINDA ŞİƏ SÖZÜNÜ ORATAYA SOXMASAN OLMAZDI. BİZ ŞİYƏ, SÜNNÜ DEYİLİK.... BİZ TÜRKÜK. CANINIZ AĞZINIZDAN ÇIXSA DA GEC-TEZ BÜTÖVLƏŞƏCƏYİK!!!
Təəssüflər olsun ki,İran həmişə ermənistanın yanında olub...Biz müsəlmanıq.Biz məzhəbçilik söhbətini əleyhimizə olan təxribatçılıq hesab edirik.Rədd olsun məzhəbçiliK!