Menu

Qroznıda atışma olub - 5 nəfər ölüb

13.10.2020, 10:36
Qroznıda atışma olub - 5 nəfər ölüb

Çeçenistan Respublikasının paytaxtı Qroznıda naməlum silahlılarla polis və Rusiya qvardiyasının əməkdaşları arasındakı atışmada 5 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli hüquq–mühafizə orqanlarından TASS-a bildirilib.

İlkin məlumata görə, atışma nəticəsində ölənlərdən 2-si naməlum silahlı, 2-si qvardiyaçı və 1-i polis əməkdaşıdır.

Atışmanın davam etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol