ATƏŞKƏS FƏLAKƏTİNİN “XƏBƏRÇİLƏRİ”

Mirzə AĞ

Xəbər verildiyi kimi, artıq neçənci dəfədir ki, Rusiya hakimiyyəti erməni əsilli Lavrovun əli ilə işğalçı Ermənistanı Azərbaycan əsgərinin əlindən almaq (onu xilas etmək) cəhdi göstərir. Sonuncu belə təşəbbüs oktyabrın 10-da (Qarabağın azadlığı uğrunda savaşın ən qızğın və Azərbaycan üçün əlverişli bir vaxtında) oldu - erməni Lavrov-Kələntəryan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu «Moskvaya çağırdı», Ceyhun müəllim də dərhal Moskvaya uçdu. Sonrası isə artıq hamıya məlumdur…

Açığı, bu xəbəri eşidərkən, içimdən xəcalət qarışıq bir təəssüf hissi keçdi və fikirləşdim ki, əcəba hadisələrin gedişinin bu anında Ceyhun müəllim Moskvaya nəyə gedir, gedib orada nə danışacaq və ümumiyyətlə, Lavrov-Kələntəryanla bu mövzuda danışmağa dəyərmi? Axı ötən illərdə həmin Kələntəryan dəfələrlə «damarlarında erməni qanı axdığını» bəyan edib və əslində düşmən tərəf olduğunu ortaya qoyub. Belədə, Ceyhun müəllim düşmənlə nə danışacaqmış?

Amma mən bu görüşün belə nəticələrə gətirib çıxaracağını əsla, düşünmürdüm, baxmayaraq ki, görüş ərəfəsində Ermənistan rəhbərliyinin davranışı və sarsaq ritorikası müəyyən riyakar niyyətlərdən xəbər verirdi. Seysmologiyada belə bir anlayış var - baş verəcək təbii fəlakətlərin «xəbərçiləri». 

Ermənistanın Baş naziri Nikol Paşinyanın görüş ərəfəsində səsləndirdiyi bəzi fikirlər onun sonrakı xain davranışının xəbərçisi sayılmalı idi. Məsələyə aydınlıq gətirmək üçün Paşinyanın bu ərəfədə dilə gətirdiyi bəzi fikirlərə diqqət yetirmək istyirəm.

Məsələn, oktyabrın 7-də Paşinyan yenə «Qarabağ Ermənistandır» bəyanatı sələndirmişdi: «Arsax - Ermənistandır, ermənilərin ölkəsi. Orada əhalinin 80 faizindən çoxu həmişə ermənilrdən ibarət olub, Bu gün də belədir (ağ yalandır! - M.A.). Və burada nə problem var ki? Azərbaycan isə istəyir ki, orada ermənilər olmasın. Ona görə də bu gün terrorçuların köməyi ilə Dağlıq Qarabağa hücum edib». Paşinyan bu sözləri «BBC»-yə verdiyi müsahibədə söyləyib. 

Digər bir misal. Oktyabrın 9-da, Ceyhun Bayramovun Moskvaya «möhtəşəm» səfərindən bir gün əvvəl həmin Paşinyan demişdi ki, Fransadan Dağlıq Qarabağın müsəqilliyini tanımağı gözləyir və Fransa prezidenti Madlen oğlu mösye Makronun Qarabağ tənzimləməsindəki rolunu yüksək qiymətləndirir.

Diqqət edin, Fransa ATƏT Minsk Qrupunun həmədrlərindən biridir (vasitəçidir), Paşinyan isə deyir ki, Fransa Qrabağın müstəqilliyini tanıyacaq. Bu da Fansanın tərəfsiz olmadığını göstərir

Belədə, məntiqi sual yaranır: Tərəfsiz olmayan vasitəçi sayıla bilərmi? 

Buna baxmayaraq, bizim baş diplomatımız Moskvada Kələntəryanın qarşısında razılaşır ki, qoy Fransa bundan sonra da həmsədr (vasitəçi) olsun. Əzizlərim, gəlin bir balaca fikirləşək - bu, hansı ağılın məhsulu sayla bilər?!

Bütün bunları görməzliyə vurub da, rus dilində yazılmış sarsaq bir sənədə imza atmağın nəticəsi də belə olmlı idi… ki, Ermənistan bu dəfə bir qədər də irəli gedərək Azərbayanın dinc yaşayış məntəqələrinə raket atmağa girişdi. Niyə da atmasın?...

İstənilən halda isə bu bombardmanların məsuliyyəti Rusiyanın üzərində qalır. Belə ki, Putin Rusiyası artıq Ermənistanın «filialı»na çevrilib, rus xalqı isə «oyundan kənar» vəziyyətə salınıb…

635x100

Şərhlər

Adil 2020-10-13 16:42:52

Bayramov rusiyaya getmemeli ve a qerara imza atmamali idi.,bu yanlis olub.

t.ədalət 2020-10-13 13:16:11

Əsirlərdir ki Azərbaycan erməni xəyanətindən əziyyət çəkir.Əlbəttə,bu xalqın,yəni Azərbaycan xalqının itirdiklərini kiməsə bağışlamaq olmaz.Gizlətməyə ehtiyac yoxdur..... Arvadı,qaynanasdı erməni olan,orduya getməkdən yayınan insanların ağır gündə dərdimizə əlac olacağına inanmaq əbləhlik olar.Gəlin,içimizdəki paşinyanlardan da xilas olaq!

Son yazılar