Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo oktyabrın 13-də Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmaya əməl etməyə çağırıb.
«ABŞ Azərbaycan və Ermənistanı atəşin dayandırılması barədə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, Gəncə və Stepanakert kimi mülki rayonlara zərbələr endirməyi dayandırmağa çağırır. Biz, insan qurbanlarına görə, təəssüflənirik və dinc tənzimləmə movqeyində dayanırıq» - ABŞ diplomatiyasının başçısı «Tvitter» səhifəsində yazıb.
Məlum olduğu kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədi ilə yaradılmış ATƏT Minsk Qrupunun 3 həmsədrindən biridir. O da bəllidir ki, yaradıldığı tarixdən günümüzə qədər bu qurum münaqişənin həllinə yox, onun dondurulmasına çalışıb və beləliklə, təcavüzkar tərəfə - Emənistana işğal etdiyi Azəbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradıb. Ötən 26 ildə münaqişənin həll edilməmiş qalması bunun əyani sübutudur. Münaqişənin növbəti dəfə qızışması da ATƏT-in fəaliyyətsizliyinin (daha doğrusu, naqis fəaliyyətinin) birbaşa və dolayı nəticəsidir…
Məsələ burasındadır ki, ATƏT və onun həmsədrləri öz naqis fəaliyyətini davam etdirməkdədirlər və münaqişənin həllinə nail omaq əvəzinə, təcavüzkarla (Ermənistan) təcavüzə məruz qalmış tərəfi (Azərbaycanı) tərəzinin bir gözünə qoyur, riyakarcasına atəşin dayandırılmasına səsləyirlər…
Məntiqi sual yaranır: tutaq ki, atəş dayandırıldı, sonra nə olacaq? Daha 26 il də nəticəsiz danışıqlar olacaq? Bu ki, fahişəlikdir - həmsədrlərin fahişəliyi!
Axı yurd-yuvasından didərgin salınmış 1 milyon Azərbaycan vətəndaşı səbrsizliklə öz yurduna qayıtmağı gözləyir.
AzPolitika.info


Şərhlər
biz şərhdə paşikə və əlaltılarına fahişə yazanda vermirsiz, amma, özünüz başlığa qoyursuz. vallah bu söz bunlar barədə ən yüngül sözdür, senzura eləməyin xahiş edirəm
İt hürər karvan keçər- Az.Atalar məsəli
Ə Pompey yeri get ordan ....
Cənab ABŞ Səfiri və M.Pompeo normal dialoq üçün işğalçı hərbiçilərini Azərbaycandan çıxarmalı və ya vaxtilə Bağdadı bombardman etdiyi kimi İndi də İrəvanı BMT TŞna çəkməli və ya bombardman etməlidir.
Bu yaramaz adam Gəncə və Xankendini eyni statusda gorurse onun dediklerine bir qoz
Ikiuzlu insanlar. Allah qatinda ne cavab vereceksiz? Bu insanlarin qaninin axmasinda sizin de eliniz var. Siz qerari duzgun idare etseydiniz bu gun gunahsiz insanlar olmezdi. Birde hemsedr dediyin biteref olmalidi bunlar hamisi ermeni terroristelerine terefdir. Bele hell yolu olmaz. Biz terefden de mutleq biri olmalidir ki bizi desteklesin Ve qanunlar sened uzerinde deyil realliqda icra olunsun. Cixib redd olsunlar torpaqlarimizdan. 1 milyon qacqina, Xocalida acimasizca vehsicesine oldurulen usaqlara qocalara qadinlara acimirlar 26 ildi daha dogrusu 30 ildi. Ama Azerbaycan Oz torpaqlarini azad etmek ucun herbi yerleri bombalayanda narahat olub genosid adlandirirlar. Bizim basimiza gelende niye susduz? Stepanekertden ermeniler Oz yukleriyle cixirlar hec kimde olari bombalamir. Videolarda ozunuz gosterirsiniz. Ama bizimkiler ayaqlari donmus veziyyetde geldiler. Ezizleri gozlerinin qabaginda vehsilikle oldurulmus sekilde. Yeter artiq insan olun bir az
Ikiuzlu insanlar. Allah qatinda ne cavab vereceksiz? Bu insanlarin qaninin axmasinda sizin de eliniz var. Siz qerari duzgun idare etseydiniz bu gun gunahsiz insanlar olmezdi. Birde hemsedr dediyin biteref olmalidi bunlar hamisi ermeni terroristelerine terefdir. Bele hell yolu olmaz. Biz terefden de mutleq biri olmalidir ki bizi desteklesin Ve qanunlar sened uzerinde deyil realliqda icra olunsun. Cixib redd olsunlar torpaqlarimizdan. 1 milyon qacqina, Xocalida acimasizca vehsicesine oldurulen usaqlara qocalara qadinlara acimirlar 26 ildi daha dogrusu 30 ildi. Ama Azerbaycan Oz torpaqlarini azad etmek ucun herbi yerleri bombalayanda narahat olub genosid adlandirirlar. Bizim basimiza gelende niye susduz? Stepanekertden Susadan ermeniler Oz vesleriyle yukleriyle cixirlar hec kimde olari bombalamir. Videolarinizda ozunuz gosterirsiniz. Ama bizimkiler ayaqyalin basiaciq ayaqlari but kesmis yeriye bilmedikleri halda aglaya aglaya gucle gelmisdiler. Gozlerinin qabaqlarinda da ezizleri dogmalari vehsilikle oldurulmus yandirilmis basi kesilmis esir goturulmus halda. No vaxta qeder bunlari gormemezlikden geleceksiniz.
əgər bunların sözünə baxıb dayansaq batarıq, 30 ildən sonra nə olacaq onu ancaq Allah bilir. Ancaq irəli başqa yol yoxdur!