Menu

MANQURT NARAHATLIĞI - Sapı özümüzdən olan “balta”

14.10.2020, 11:45
MANQURT NARAHATLIĞI - Sapı özümüzdən olan “balta”

Oktyabrın 13-də Rusiya Müdafiə Nazirliyindən (MN) bildiriblər ki, Dağlıq Qarabağda situasiyanın sabitləşdirilməsi məsələsində Rusiya fəal iştirak edir.

«Rusiya Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində Dağlıq Qarabağda vəziyyətin tezliklə sabitləşdirilməsi üzrə Rusiya Federasiyasının təşəbbüslərinin reallaşması prosesində fəal iştirak edir» - nazirliyin bəyanatında belə deyilir.

Xəbərdə bildirilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu müxtəlif ölkələrdən olan həmkarları ilə bu mövzuda danışıqlar aparıb. «Danışıqların başlıca məqsədi Dağlıq Qarabağda döyüş əməliyyatlarının təcili dayandırılması və bölgdə vəziyyəti normallaşdıraq məqsədilə münaqişə tərəflərini danışıqlara keçirməkhdən ibarətdir» - nazirlik qeyd edib.

Şoyqunun idarəsinin digər bir «qarınağrısı» da var. Deməzsənmi, nazirlik Dağlıq Qarabağ münaqişəsi rayonuna Yaxın Şərqdən terrorçu qruplaşmaların gətirilməsindən xüsusi narahatlq keçirirmiş.

Bu məqamda, böyük qırğız yazıçısı rəhmətlik Çingiz Aytmatovun «Manqurt əfsanəsi» («Gün var əsrə bərabər» romanı) yada düşür. Manqurtluq gerçəkdən dəhşətli haldır, manqurt isə doğma anasını öldürəcək qədər təhlükəli bir zavallıdır. Məsələ ondadır ki, indiki halda hər bir Azərbaycan türkü cənab Şoyqunu manqurt rolunda görür. Nədən ki, türk əsilli bu sərkərdə real şəraitdə türk düşməni erməniyə dəstək verir.

Yazıqlar olsun!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

RT 2020-10-14 15:20:57

Vicdansızın biridi !!!

Türk 2020-10-14 12:04:18

Şoyqunun anası rusdur. Özü türkə,Tuvinlərə oxşayır,ancaq qanı qarışıqdır.Həm də ruslaşıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol