Menu

Bayraq milli identikliyimizin şahidinə çevrilir!

14.10.2020, 12:18
Bayraq milli identikliyimizin şahidinə çevrilir!

Hər yerdə bayraq görürük. Gördükcə qürur duyuruq. Bayraqlar maşınlarda, evlərin balkonlarında, uşaqların əlində, şəhidlərimizin dəfnində, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Bayraq bizim milli identikliyimizin şahidinə çevrilib.

Vaxtilə Amerika alimi Samyuel Xantiqtonun “Biz kimik?” kitabından oxuduğum bir parçanı xatırlatmaq istəyirəm: “Bayraq heç vaxt 11 sentyabrdakı qədər mahiyyət daşımamışdı. Onlar hər yerdə: evlərdə, ofislərdə, maşınlarda, pəncərələrdə, işıq dirəklərində, telefon antenalarında, hətta mebel və geyim paltarlarında görünməyə başladı. Oktyabr ayının əvvələrində keçirlən sosioloji sorğu göstərdi ki, 80% Amerika vətəndaşı milli bayrağı evdə, maşında və geyimlərində taxmışlar. “Uollmart” univermağı 11 sentyabrda 116. 000, bir gün sonra isə 250.000 bayraq satmışdır. Ötən illərdəki bayraq satışına diqqət edin: 6.400-10.000 ədəd. Bayrağ sifariş hətta körfəzdəki müharibə ilə müqayisədə 10 dəfələrlə artmışdır. Beləliklə, bayraqlar Amerika milli identikliyinin əsas şahidinə çevrilmişdi”.

Biz bayrağa olan sevgini heç kimdən götürməmişik, bu, bizim təbii hisslərimizdir. Qələbə duyğularımızdır.

Qarabağ-Azərbaycandır! Məhz bu paradiqma bayrağımızı yeni nəfəslə qələbə simvoluna, həmrəylik simvoluna çevirdi.

Bir kərə yüksələn, bir daha enməz

Dalğalan bayrağım, ucal bayrağım!

Səninlə fəxr edir türkün birliyi,

Bu böyük birlikdən güc al, bayrağım!

Dalğalan bayrağım, ucal bayrağım!

Etibar Əliyev, millət vəkili

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol