Menu

Türkiyə Ermənistana 100 ton "yardım" çatdırılmasına icazə vermədi

15.10.2020, 13:01
Türkiyə Ermənistana 100 ton "yardım" çatdırılmasına icazə vermədi

Türkiyə öz hava məkanı vasitəsilə Ermənistana ABŞ-dan 100 ton humanitar yardımın çatdırılmasına icazə verməyib.

Trend xəbər verir ki, bunu Ermənistanın diaspor ilə iş üzrə ali komissarı mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Ermənistana "humanitar yük" adı altında silah daşınması barədə təkzibedilməz faktlar var.

Ermənistan artıq mülki təyyarələrlə ölkəyə tonlarla silah gətirib. Hətta bunun üçün Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın uçduğu hökumət təyyarəsindən də istifadə edilib.

Şərhlər

Xalq 2020-10-15 15:16:29

Sağ ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol