Menu

Paşinyan ordunu depressiyadan çıxarmaq üçün rütbə paylayır

15.10.2020, 13:49
Paşinyan ordunu depressiyadan çıxarmaq üçün rütbə paylayır

Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra hərbi qulluqçuların "milli qəhrəman" fəxri adıyla təltif olunması və növbədənkənar hərbi rütbəylə mükafatlandırılması üçün Ermənistan prezidenti Armen Sarkisyana təqdimat ünvanlayıb.

Bunlar Qarabağda gedən döyüşlərdə həlak olan hərbçilərdir. Paşinyan hesab edir ki, bu şəxslər döyüşlərdə şəxsi şücatə göstəriblər və "qəhrəmancasına həlak olublar".

Paşinyan N saylı qoşun hissəsinin komandiri,polkovnik Vaahn Asatryanın ölümündən sonra "milli qəhrəman" fəxri adıyla təltif olunması ilə yanaşı, polkovnik Araik Arutyunyana general-mayor, polkovnik Artak Budaqyana general-mayor, general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsinin verilməsini məqsəduyğun sayıb.

Bu, yəqin ki, ordusuz qalmış generallar üçün son təsəllidir və onların ard-arda uğradıqları məğlubiyyətlərə görə düşdükləri depressiyadan çıxarmaq cəhdidir.

Şərhlər

Xalq 2020-10-15 16:32:00

bu nikolu ermənilər ən yaxşı halda linc edəcəklər, yada ki, intihar etsin. onun bağışlanma söhbəti ola bilməz.

X 2020-10-15 15:55:49

INANIN MENIM PASINYANA BOYUK HORMETIM VAR. BIZI AYILTDI DEDI QARABAGI VERMIRIK GELIN ALIN AZERBAYCANIN HUCUMU UCUN HER SEYI ETDI INSALLAH QELEBEMIZDEN SONRA OLDURMESELER ONA RUTBENI BIZ VERERIK

Şaiq 2020-10-15 14:41:59

Ey nikoloz, işğalçı ordunuzun bütün üzvlərınə marşal rütbəsi versəniz də, xeyri yoxdur. Ya torpaqlarımızdan rədd olub çıxmalısınız, ya da ki, iti qovan kimi qovub çıxaracağıq. Qarabağ bizimdir ay nikoloz!!!!!!!!!!!!!!

OXUCU 2020-10-15 14:00:41

AY ERMƏNİ MİLLƏTİ BU DƏLİ PAŞİNYANA İNANMAYIN BU ADAM TƏRXƏKDİ.BAŞINA DƏYSİN O VERƏN RÜTBƏ.VURUN TƏPƏSİNƏ VERDİYİ RÜTBƏNİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol