Menu

ERMƏNİLƏR ZORLA ÖLÜMƏ GÖNDƏRİLİR - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilib

15.10.2020, 15:01
ERMƏNİLƏR ZORLA ÖLÜMƏ GÖNDƏRİLİR - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilib

Dağlıq Qarabağdan həm döyüş mövqelərini özbaşına tərk edib fərarilik edən və Ermənistana qaçan hərbçilərin, həm kişi cinsindən olan və müharibədə iştirak etmək istəməyərək bölgəni tərk edənlərin kütləvi hal alması qondarma rejimi yeni əmr imzalamağa məcbur edib. Erməni KİV-lərinin xəbərlərinə görə, bu gün oktyabrın 15-dən etibarən qondarma “dqr prezidenti” Araik Arutyunyanın yeni əmri qüvvəyə minir.

Bu əmrə əsasən işğal altındakı ərazilərdən Ermənistana gediş məhdudlaşdırılır. Qarabağı ancaq qadınlar və uşaqlar, habelə ciddi xəstəliyi olub təxirəsalınmaz tibbi yardıa ehtiyacı olan kişilər tərk edə bilər. Qalanların isə bölgəni tərk etməsi qadağandır. Habelə səfərbərlikdən yayınanların aşkarlanması, mənzillərin, avtomobillərin, sənədlərin yoxlanılması üçün komendatura yaradılır.

Xatırladaq ki, Qarabağdakı düşmən qüvvələrinin sıralarında kütləvi fərarilik hallarının artması barədə son günlər Ermənistan hakimiyyəti də etiraf etməyə başlayıb.

Şərhlər

erməni xalqına 2020-10-15 17:17:01

ermənilərədir sözüm: bu nikolu niyə səngərə göndərmirsiniz? Şuşada yekəxanalıq edirdi, indi də sizin canınızı aldırır. Ermənilər nə vaxt öz dostu ilə düşmənini ayıracaq? Niyə bu nikola imkan verirsiniz ki, onları ölümə göndərsin? Özünüz bu nikolun qabağını kəsə bilmirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol