Menu

"Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır" - Hikmət Hacıyev

16.10.2020, 14:41
"Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır" - Hikmət Hacıyev

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol