Menu

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,2 milyondur

16.10.2020, 16:05
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,2 milyondur

2020-ci il oktyabrın 1-i vәziyyәtinә iqtisadi fәal әhalinin sayı 5 milyon 249,1 min nәfәr olub. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, onlardan 4 milyon 884,9 min nәfәrini mәşğul әhali tәşkil edib.

Cari il sentyabrın 1-i vәziyyәtinә muzdla çalışan işçilәrin sayı 1670,9 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 902,3 min nәfәr, qeyri-dövlәt sektorunda isә 768,6 min nәfәr çalışıb.

İqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 636,9 min nәfәr işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol