"GƏNCƏYƏ BALLİSTİK RAKETLƏR ERMƏNİSTAN ƏRAZİSİNDƏN ATILIB" - "Ermənistan XİN alçaqcasına..."

“Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", - deyə o qeyd edib.

 Hikmət Hacıyev dah sonra yazıb : “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir” 

"SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir", - deyə o qeyd edib.

“Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”. - deyə,  Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

O, qeyd edib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

635x100

Şərhlər

Gəncəli K.Qriqoryan 2020-10-17 10:07:08

Bakı nədən gözlənilməz raket buraxan işğalçı hərbi bazanı bombardman etmir? Heç olmazsa Rusiyadan işğalçınıbirdəfəlik susduracaq belə zərbə endirməsini rica etmək gərəkdir!

B.Qarabağlı 2020-10-17 10:00:45

Cənab H.Hacıyev, Ermənistan və DQMV 14.06.1988 tarixli fərmanla açıqca Azərbaycanı zəbt, yəni müharibə fərmanı verib? Biz isə bu günə qədər xalqımıza qarşı sonrakı hərbi terror cinayətlərini də kənar müşahidəçi kimi qınayır, heç bir hüquqi və adekvat cavablar vermir?

Vətəndaş 2020-10-17 09:54:21

Ölürük vətənimizi qoruyuruq. Alçaq,namərd düşmənlərimizin qeyri-insani hiylələrinə SOYUQQANLI olmalıyıq ki,torpaqlarımızı düşməndən alaq. Onlar çabalayır,çırmaxlayır,çünki bilirlər ki artıq məğlub olublar. SON NƏFƏSLƏRİDİR. Torpaqlarımızdan çıxanda oturacaqlar yerlərində. Hücumu gücləndirib düşməni darmadağın etmək lazımdır.

Son yazılar