“Gəncədə son olanlar qəbuledilməzdir” - Britaniya səfiri

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncədə baş verən son hadisələrin qəbuledilməz olduğunu qeyd edib. Bu barədə britaniyalı səfir “Twitter” hesabında yazıb.

O, Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonun Dağlıq Qarabağda dinc itkilərin qəbuledilməz olması barədə paylaşımına münasibət bildirib.

Səfir Ceyms Şarp V.Mortonun paylaşımına “Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir” qeydini yazıb.

Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir. https://t.co/ThYTy7B08h

— James Sharp (@JamesSharpFCDO) October 17, 2020

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar