ERMƏNİSTAN CƏBHƏDƏ VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİB - Düşmənin hücum cəhdinin qarşısı alınıb

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

635x100

Şərhlər

t.ədalət 2020-10-18 16:08:33

Rusiya ermənistanı dinc durmağa qoymayacaq.

Gülər 2020-10-18 14:20:25

Bu xəbəri gözləyirdim. Çünki ermənilər tarixən ikiüzlü,vandal və riyakar olublar. Bu gün bunları biz əyani görürük.

Son yazılar