Menu

"Xızıda S 300 raketinin qalıqları aşkar edilib" - ANAMA-nın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb

18.10.2020, 17:24
"Xızıda S 300 raketinin qalıqları aşkar edilib"  - ANAMA-nın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb. "Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

“Bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub. Həmin əraziyə baş çəkilib və S 300 raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür”, - deyə o, qeyd edib.

"Əməkdaşlarımızdan biri səhər saat 09:00 radələrində top mərmisinin partlaması nəticəsində yaralanıb" -deyə  ANAMA-nın operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, ANAMA-nın əməkdaşı dərhal cərrahi əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol